Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 02:19

Prezident İlham Əliyev İrana gedib


Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Hassan Ruhani, Tehran

Martın 5-də prezident İlham Əliyev İrana rəsmi səfərə gedib. Prezidentin rəsmi internet səhifəsində verilən məlumata görə,. Əliyevi hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.

"Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra prezident İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib. Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub".

Azərbaycanla İran arasında sənədlər imzalanıb

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu; “Azərbaycan Dəmir Yolları” QSC ilə İran Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair anlaşma memorandumu imzalanıb.

Səfər İran prezidenti Hasan Rohaninin dəvəti ilə baş tutub. Səfər zamanı iqtisadiyyat və digər sahələrd sənədlər imzalanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG