Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 17:01

İlham Əliyev ABŞ-da din xadimləri ilə görüşüb


Azərbaycan prezidenti İlham Əliyev, 10 iyul 2017

Prezident İlham Əliyev bu gün, sentyabrın 18-də ABŞ Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayer və bir sıra xristian yevangelik din xadimləri ilə görüşüb.

Bu haqda prezidentin mətbuat xidməti xəbər verir.

Görüş Nyu-York şəhərində keçirilib.

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva

sentyabrın 17-si Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfər ediblər.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, prezident BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak edəcək.

BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-si başlayıb.

Sessiyada Afrikanın inkişafı, terrorçuluqla, narkotiklərlə mübarizə, insan haqları və başqa məsələlər müzakirə edilir.

Sentyabrın 19-dan 25-nə kimi isə dövlət, hökumət və xarici işlər nazirlikləri başçıların iştirakı ilə yüksəksəviyyəli ümumi siyasi müzakirələr aparılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG