Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 08:00

Prezident bir neçə açılışda iştirak edib


İlham Əliyev, 10 oktyabr 2016

Dekabrın 24-də prezident İlham Əliyev doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimdə iştirak edib.

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan bina Yasamal Yaşayış Kompleksində inşa ediləcək.

Turan xəbər verir ki, mərasimdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin layihəsi olan Yasamal Yaşayış Kompleksinin ümumi sahəsi 11,6 hektardır. Burda inşa ediləcək mənzillərin vətəndaşlara güzəştli şərtlərlə satılması nəzərdə tutulur.

Planlamaya görə. ərazidə 29 çoxmənzilli yaşayış binası inşa edilməlidir. Mənzillərin tam təmirlə vətəndaşlara təklif olunacağı bildirilir.

Həmin mənzilləri “Elektron hökumət” portalında yaradılması planlaşdırılan “Güzəştli mənzil” sistemi vasitəsilə əldə etmək mümkün olacaq.

Sistemin 2017-ci ilin mayından fəaliyyətə başlaması nəzərdə tutulur.

Həmin gün prezident və xanımı İçərişəhərdəki "Bəylər" məscidinin bərpasından sonrakı təqdimatında və Marionet Teatrının açılışında iştirak ediblər.

XS
SM
MD
LG