Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 22:47

İlahiyyatçının məhkəməsi başlayıb


Azərbaycan, Masallı rayonu, Sərdar Babayev, 2017

Sentyabrın 11-i ilahiyyatçı Sərdar Babayev-in (Hacıhəsənlinin) 3 il həbs edilməsinə dair Masallı Rayon Məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti üzrə proses başlayıb.

Şikayətə Şirvan Apellyasiya Məkəməsi-ndə baxılır. İlkin baxış iclasında ilahiyyatçının vəkilləri bir neçə vəsatətlə çıxış ediblər.

S.Babayevin vəkillərindən Cavad Cavadlının bildirdiyinə görə, vəsatətlər birinci məhkəmə instansiyasında verilənlərin təkrarı olub.

Məhkəmədən ilahiyyatçının vəkillərinin yanında əyləşməsi, prosesin video və audio lentə alınması, habelə ilahiyyatçıdan şikayət etdiyi deyilən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov-un şahid qismində çağırılması istənilib.

Vəkilin bildirdiyinə görə, ilahiyyatçının dəmir qəfəsdən çıxarılaraq vəkillərin yanında əyləşməsindən başqa bütün vəsatətlər ləğv edilib.

İlkin baxış iclası vəsatətlər barədə qərarlar elan edildikdən sonra başa çatıb. Məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.

Şirvan Apellyasiya Məkəməsinə təqdim olunmuş şikayətdə ilahiyyatçıya azadlıq istənilir.

Xatırlatma

S.Babayev bu il fevralın 22-də saxlanmışdı. O Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilib. İyulun 3-də isə Masallı Rayon Məhkəməsində hakim Anar Alməmmədov ilahiyyatçını 3 il azadlıqdan məhrum edən hökm çıxarıb.

İstintaq prosesi davam etdiyi vaxt yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirib ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Yerli sakinlərin AzadlıqRadiosu-na dediklərinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG