Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Ukrayna parlamentinin qarşısında etiraz aksiyası davam edir (Video)


Foto arxiv
Foto arxiv

Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib ki, etirazçıların Ali Radanın qarşısında qurduqları çadırlara toxunulmayacaq. Bu barədə o, özünün “Feysbuk” səhifəsində yazıb.

Lutsenko bildirib ki, dinc aksiyalar “Maydan”ın əsas nəaliyyətlərindən biridir.“Dəqiq bilirəm və vaxtında sübut edəcəm ki, aksiyanı təşkil edənlərdən bir qismi yalnız təxribat törətmək istəyirlər. Xüsusi xidmətdə informasiya olub və müəyyən edilib ki, mitinçilərin arasında silah əldə edən qanunsuz birləşmələrin üzvləri var. Daxili işlər nazirliyi məhz buna görə təhlükəsizlik tədbirlərini gücləndirib. Onların məqsədi mitinq iştirakçıları, Kiyev və ölkəni qorumaqdır. Çadırlar sökülməyəcək”, Lutsenko bildirir. Baş prokuror qeyd edib ki, ölkədə istənilən dəyişiklik dialoq yolu ilə mümkündür.

UNİAN-ın məlumatına görə, hazırda Kiyevin mərkəzində azı 50 çadır var. Onlar gecəni burda keçiriblər.

Məlumata görə, hüquq-mühavizə qüvvələri hökumət binalarının yerləşdiyi məhəlləni tam nəzarətə götürüblər.

Amma aksiyaçılar meydanı tərk etmək fikrində deyillər.

Onlar bildiriblər ki, Ali Rada etirazçıların tələblərini yerinə yetirməyincə aksiya davam edəcək.

Oktyabrın 17-də aksiyaçılar Ali Radanın qarşısında çadır qurmaq istəyərkən təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma olub.

Amma aksiyaçılar sonda meydana daxil olublar.

Aksiyaçılar korrupsiya əleyhinə məhkəmə yaradılması, deputat toxunulmazlığının ləğv edilməsi və yeni seçki qanunu qəbul edilməsini tələb edirlər.

Kiyevin mərkəzində etiraz aksiyası keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Aksiyanı Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvilinin “Yeni qüvvələr hərəkatı” partiyası, habelə “Batkivşina”, “İctimai mövqee”və digər siyasi partiyalar təşkil edib.

Xatırlatma

Gürcüstan hökuməti də Saakashvili-nin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Saakashvili ittihamları rədd edir.

Saakashvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG