Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Rusiya Türkiyədən bir neçə malın idxalına məhdudiyyəti aradan qaldırdı


arxiv foto

Rusiya Türkiyədən bir neçə malın idxalına məhdudiyyəti aradan qaldırdı. Bununla da 2015-ci il hərbi təyyarənin vurulması olayından sonra gərginləşən münasibətləri yoluna qoymaq istiqamətində sonuncu addımını atmış oldu.

Baş nazir Dmitry Medvedev-in imzaladığı qətnamə iyunun 2-də hökumətin rəsmi internet saytında dərc olunub. Qətnaməyə görə, artıq Türkiyədən Rusiyaya hinduşka, toyuq, xiyar, armud, üzüm, alma və çiyələk idxalına məhdudiyyət yoxdur.

Amma sözügedən qətnamə ilə Türkiyədən pomidor gətirilməsi qadağası aradan qaldırılmayıb.

Mayın 31-də prezident Vladimir Putin Türkiyədən işçi qüvvəsi və müxtəlif sahələrdə fəaliyyət göstərən Türkiyə şirkətlərinə qarşı məhdudiyyətləri aradan qaldıran sərəncam imzalayıb.

Qeyd edək ki, Türkiyənin 2015-ci ildə Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşmişdi və Moskva Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq eləmişdi.

Erdogan sonradan həmin insidentə görə üzr istədikdən sonra münasibətlər normallaşmağa başladı.

Günün bütün mövzuları

XS
SM
MD
LG