Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:24

«Azadlıq»: «Bir göydələn üçün bir milyon dollar rüşvət verilir»


"525-ci qəzet" xəbər verir ki, yaxın vaxtlarda Avropa Birliyi özünün rəsmi toplantılarında müsəlmanların heysiyyətinə toxunan ifadə və terminlərin işlənməsini yasaqlayan direktiv qəbul edəcək. Bununla bağlı müvafiq qanun layihəsi Avropa Birliyinin işçi qurumu olan Avropa Komissiyasının ekspertləri tərəfindən hazırlanıb. Komissiyadan verilən məlumata görə, sözügedən direktivin qəbulu ilə təşkilatın bütün toplantılarında, Birliyin adından yayılan bütün qətnamə, bəyanat, hesabat və s. sənəddə "islam terrorizmi" ifadəsinin, habelə müsəlmanların heysiyyətinə toxuna biləcək digər ifadələrin işlənilməsi qadağan olunacaq.

"Qaz sayğaclarının standartlara cavab verməməsi, düzgün işləməməsi barədə gəzən fikirlər yanlışdır". "Azəriqaz" Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı "Üç nöqtə" qəzetinin əməkdaşı ilə söhbətində belə deyib. O bildirib ki, hazırda "Azəriqaz" sayğacların quraşdırılmasının ikinci mərhələsinə başlamaq niyyətindədir. Ünvanlı şəkildə sayğaclar əhali üçün pulsuz olacaq və bu cihazın quraşdırılmasına görə vətəndaşlardan heç bir ödəniş tələb olunmayacaq. Özləri sayğac alan abonentlərə gəlincə isə, onlar sayğacın yoxlanması üçün 37 min, layihə haqqı üzrə 16 min, əlavə materiallar üçün isə 68 min manat ödəməlidirlər. Kamandar Eyvazlının sözlərinə görə, bu il ərzində ünvanlı şəkildə 500 min sayğac quraşdırılacaq.


"Azadlıq" qəzetindəki "Bir göydələn üçün bir milyon dollar rüşvət verilir" başlıqlı məqalədə bildirilir ki, bir müddət əvvəl Bakıda hər ay 2500 mənzillə bağlı alqı-satqı əqdi bağlanırdısa, indi bu göstərici kəskin şəkildə aşağı düşüb. Şirkətlərin mənzilləri kreditə verməsi də bazarda alıcı probleminin mövcudluğundan xəbər verir. Təbii ki, bütün bunların hamısı mənzil bazarında qiymət enişini diktə edir. Ancaq gerçəkdə bunun əksini müşahidə etməkdəyik. Müəllif apardığı araşdırmalara istinadən yazır ki, mənzil bazarındakı bahalaşmanın ən başlıca səbəblərindən biri tikintiyə başlamaq üçün tələb olunan rüşvətin məbləğinin olduqca yüksək olmasıdır. Müəllif iddia edir ki, sahibkar bir hündür mərtəbəli bina tikmək üçün 42 dövlət qurumundan icazə almalıdır. Hər qurumun isə öz haqqı var deyən müəllif yazır ki, tələb edilən rüşvətin məbləği tikiləcək binanın mərtəbə və bloklarının sayına görə müəyyən edilir.


XS
SM
MD
LG