Almaniya futbol yığmasının müdafiəçisi Mats Hummels Azərbaycanla görüşdə komandasının oyunundan razı qalmayıb. Espnfc.com saytının yazdığına görə, o, RTL-ə müsahibəsində özlərini lovğalıqda qınayıb, deyib ki, hər şey çətin ola bilərdi.
Almaniya millisi 2018-ci il Dünya çempionatının seçmə oyunları mərhələsində martın 26-da Bakıda keçirilən oyunda Azərbaycan millisinə 4:1 hesabı ilə qalib.
Amma Hummels deyir ki, bu oyunda lovğalıq etmək lazım deyildi və bu cür yanaşma meydanda rəqibi olduğundan güclü göstərdi.
Münhenin “Bavariya” klubunun mərkəz müdafiəçisi Hummels hesab edir mki, onların oyuna bu cür yanaşmasına görə Azərbaycan millisi öz səviyyəsindən 2 pillə yuxarı oyun nümayiş etdirdi və bu vəziyyəti xeyli çətinləşdirdi, bundan nəticə çıxartmaq lazımdır.
Borussiya Dortmundunbu görüşdə 2 dəfə fərqlənən hücumçusu Schurrle də belə düşünür, hesab edir ki, oyunda Azərbaycan millisinin mübarizə əzmi Almaniya yığmasından daha böyük idi.
“Çətin oyun idi. Mübarizə anlarında çox zəif idik, topu çox itirirdik, amma həlledici vəziyyətlərdən istifadə elədik, bunu bacardıq”, deyə Schurrle bildirib.
Almaniya millisinin C qrupunda sonuncu oyununoyabrın 11-də San-Marino millisinə qarşı olacaq.
Yığmanın baş məşqçisi Joachim Low ümumilikdə komandanın oyunundan razıdır, amma etiraf edir ki, bir sıra elementlər var ki, onları yaxşılaşdırmaq olar.
“Nəticədən razıyam. Qarşıda duran tapşırığı yerinə yetirdik, amma hər şey istədiyimiz kimi, bizim standartlara uyğun deyildi”. Dörd aydır ki, bir yerdə oynamırıq, bir sıra mexaniki şeylər çatışmır”, deyə baş məşqçi bildirib.
Qeyd edək ki, Almaniya bundan əvvəl keçirdiyi 7 oyunda qapısından top buraxmamışdı.
Bu görüşdə Almaniya millisinə yeganə qolu 31-ci dəqiqədə Dimitri Nazarov vurub. Məslə bundadır ki, həmin qolla hesab bərabərləşib.