Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:11

Dövlət Departamentinin diplomatı Rusiyanı ‘real təhlükə’ adlandırıb


Ruisya tankları Zapad 2017 manevrlərində

ABŞ Dövlət Departamentinin vəzifəli diplomatı deyib ki, Rusiyanın son on ildəki hərəkətləri Moskvanın başqa ölkələrin suverenliyini pozmaq niyyətinin “quruca söz” yox, “real təhlükə” olduğunu nümayiş etdirir.

ABŞ Dövlət Departamentinin planlaşdırma siyasəti üzrə direktoru Brian Hook noyabrın 16-da Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiyaya dair Transatlantik Forumuna deyib ki, Moskva 2008-ci ildə Gürcüstanla müharibə etməklə və Ukrayna ərazisinin ilhaqı ilə “BMT xartiyasını və Helsinki Yekun Aktının bir neçə maddələrini kobudcasına pozub”.

Brian Hook
Brian Hook

AzadlıqRadiosu yazır ki, Hook-un Rusiya barəsində dediyi sərt sözlər prezident Donald Trump administrasiyasının Moskva ilə daha yaxın münasibətlərə nail olmaq niyyəti ilə ziddiyyət təşkil edir.

Hook deyib ki, Avropanın Rusiya tərəfindən hazırda üzləşdiyi təhlükə, Qərbin Soyuq mühariə illərində üzləşdiyi təhlükəyə bənzəyir.

Cənab Hook vurğulayıb ki, hazırda Avropaya Rusiya tərəfindən “adi silahlarla real müharibə təhlükəsi var”.

Diplomat həmçinin bildirib ki, Rusiyanın nüvə arsenalını modernləşdirməsi və nüvə başlıqlı qitələrarası raketləri inkişaf etdirməsi onun kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq müqaviləni pozduğunu göstərir.

ABŞ dövlət katibi Rex Tillerson-un müşavirlərindən biri sayılan Hook deyib ki, Rusiya keçmişdə olduğu kimi “təbliğat və dezinformasiya oyunu” oynayır və Avroatlantika icmasının birliyini parçalamağa çalışır.

Hook deyib ki, Rusiyanın öz sələfi Sovet İttiqandan fərqi onun hərəkətlərinə haqq qazandıran ideologiyasının olmamasıdır.

Buna baxmayaraq Hook qeyd edib ki, eyni zamanda Ukrayna, Şimali Koreya və Suriya böhranları Birləşmiş Ştatlarla Rusiya arasında əməkdaşlıq üçün predmet ola bilər.

O deyib ki, ABŞ Rusiyanın hərəkətlərinə qarşı çıxsa da, Rusiya ilə Amerika maraqları naminə əməkdaşlıq etməyi bacarmalıdır.

Hook bildirib ki, Moskva ilə əməkdaşlıq mümkündür, lakin bunun üçün Rusiya Avropa və Yaxın Şərqdə Qərblə “daha az qarşıdurma mövqeyinə qayıtmasını nümayiş etdirməlidir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG