Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 15:53

Unudulmuş ordu: Britaniyanın 400 min müsəlman əsgəri


Hindistan ordusu

Orta məktəbdə oxuduğumuz tarix dərsliklərində onlardan - Britaniya imperiyasının gizli ordusundan söz açılmır.

Birinci Dünya Müharibəsində 400 mindən çox müsəlman Britaniya uğrunda döyüşərək həlak olub. Ancaq aparılan tədqiqatlar göstərir ki, britaniyalıların çoxunun bundan xəbəri yoxdur.

Araşdırma nəticəsində məlum olub ki...

Britaniyalıların cəmi 22 faizi müsəlmanların I Dünya Müharibəsində vuruşduğundan xəbərdardır. Onların cəmi 2 faizi müsəlmanların çox böyük qurbanlar verdiyini bilir.

Buna da bax: «Türkiyə Atatürk ideologiyasından imtina edir»

Bu o deməkdir ki, cəmiyyətin 78 faizi Britaniya əsgərləri ilə çiyin-çiyinə vuruşan on minlərlə insandan xəbərsizdir.

Belə narahatlıq doğuran rəqəmləri iqri inteqrasiya məsələləri ilə məşğul olan "British Future" təşkilatının araşdırmaları üzə çıxarıb.

Təşkilatın layihə koordinatoru Avaes Mohammad təşəbbüsü öz əlinə alaraq, bu böyük savaşda Hindistanın oynadığı rolu uşaqlara anlatmağa çalışır.

Avaes uşaqlara tarix dərsləri keçir. Tarixçi Jahan Mahmood-sa ona kömək edir.

Daha sonra yeniyetmələr müharibədə vuruşmuş əsgərlərin nəvə-nəticələrindən müsahibə alacaqlar.

Bilinməyən və söylənməyən tarix?

Bu, "Bilinməyən və söylənməyən tarix - Müsəlmanların Birinci Dünya Müharibəsinə töhfəsi" proqramına daxil olan 4 layihədən biridir. Təşəbbüsü Heritage Lottery Foundation maliyyələşdirir.

Buna da bax: Ermənistan-Rusiya dostluğunu sarsılmaz edən Qarabağdır

“Müharibədə demək olar ki, milyonyarım adam iştirak edib. Bu, imperiyanın yerdə qalan bütün ölkələrindəki əsgərlərin toplam sayından çoxdur", - Avaes belə deyir və fikrini davam etdirir:

“Onlar qərb cəbhəsində döyüşüblər. Almanların irəliləyərkən, onlar Britaniya qüvvələrinin gücü baxımından mühüm rol oynayıblar.

Biz onların töhfəsini unutmamalıyıq,.. bunu xatırlamaq soydaşlarımız üçün çox vacibdir.

Yaddaş cəmiyyət daxilində yaxşılığı artıran qüvvədir, çünki insanları birləşdirir, insanlara ölkəyə məxsusluq hissi aşılayır, gənclərə bu ölkədən pay verir".

Müharibə başlayanda Hindistan ordusu 1,3 milyon nəfərdən ibarət olub. Bura 100 min sikh və 800 hinduist əsgər daxil idi.

Bu nəhəng qoşunun 62 min 60 min hərbçisi döyüşlərdə həlak olub.

Təkcə Növ-Şapel (Neuve Chappelle) döyüşündə yüzlərlə hindistanlı döyüşçü həyatını itirib.

Onların mindən çoxu Çanaqqalada (Qallipoli) həlak olub. Mesopotamiyada 700 min sipahi döyüşüb.

“Onlar Avropada vuruşmağa hazır deyildilər”

Onlar müharibəyə hazırlıqsız, əyinlərində tropik iqlimə uyğun uniforma və mexaniki silahlardan xəbərsiz gəlmişdilər.

“Bir çoxları britaniyalılarla ilk dəfə ünsiyyətə girirdilər. Həm landşaft, həm də iqlim tam fərqli idi. Yağış yağırdı, onlarsa tropik uniformalarda idilər. Onlar Avropada döyüşməyə hazır deyildilər.

Bu, yeni növ müharibə idi. Çoxu təyyarəni, avtomat silahı ilk dəfə görürdü. Onlardan biri yazdığı məktubda bu silahları əjdaha kimi təsvir edir, timsaha oxşayan silahlardan da söz açır. O, sualtı qayıqları nəzərdə tuturmuş", - 36 yaşlı Avaes-in sözləridir.

Sipahilərdən biri ailəsinə göndərdiyi məktubda belə yazır: "Güllələr musson yağışı kimi yağır. Cəsədlər ölkəni qarğıdalı tayaları kimi örtür".

Buna da bax: Rusiya sünni dünyası ilə üzbəüz qala bilər

Səkkiz hindistanlıya şücaətinə görə ən ali hərbi mükafat – “Viktoriya Xaçı” verilib.

“Tikanlı məftillər çəkilmişdi”

“Deyirlər ki, döyüşdə ölənləri götürmək üçün yenidən döyüş meydanına qayıtmaq olmaz. Ancaq müsəlmanların geri qayıtması adi hal olub, axı bu, onların mədəniyyətinin bir hissəsidir. Onlar öz adamlarını dəfn olunmamış qoya bilməzdilər", - Avaes belə deyir.

“Onlara münasibəti dəyərləndirmək çətindir. Məsələn, “Brayton Pavilyonu”nu hindistanlı əsgərlərdən ötrü hospitala çevirmişdilər. Şərait də çox yaxşı idi. Kral ailəsinin üzvləri əsgərləri ziyarət edirdi.

Ancaq elə həmin Braytonda yerləşən Kitçener hospitalı həbsxanaya çevrilmiş, bütün perimetri boyu tikanlı məftillər çəkilmişdi. Hindlilərin şəhərə çıxmasının qarşısını almaq üçün belə etmişdilər. Onların ağ qadınlarla dostluğuna çox pis baxılırdı", - Avaes Mohammad deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG