Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 21:52

Hindistanın ali məhkəməsi 'talaq'la bağlı hökm verdi


arxiv foto

Hindistanın ali məhkəməsi islamda ani boşanmaları "qeyri-islami" və "konstitutsiyaya zidd" saydı.

Ölkənin üst məhkəməsi özünün 2-3 əsas hökmündə qeyd edib ki, hökumət "yeni qanun layihəsi hazırlamaq üçün yollar axtarsın".

Məhkəmənin bu qərarı "üç talaq" adlandırılan boşanma ilə bağlı petisiyalarından sonraya təsadüf edir.

Hindistan qanunları müsəlman kişiyə öz qadınlarını çox sadə, cəmi üç dəfə "talaq" sözünü deyərək, boşamasına icazə verir.

Müsəlman qadınları deyirlər ki, ərləri 3 dəfə talaq deməklə onları tərk edir, hətta bunu skype və WhatsApp-da da deyənlər var.

Ölkənin ali məhkəməsinə bu yolla boşanan 5 müsəlman qadın və iki hüquq müdafiəsi qrupu iddia ərizəsi ilə müraciət edib.

İddia aşağı instansiya məhkəmələrində rədd edilib. Amma ilk dəfə ölkənin ali məhkəməsi bu "təcrübənin" qanuni olub, olmadığını araşdırmaqla bağlı qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG