Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:08

«Rüşvət qalmaqalı» susmaq bilmir


Rüşvət
Rüşvət

-

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanovla bağlı yeni məlumatlar yayılır. Ondan korrupsiyaya qarşı idarəyə şikayət edən şəxs Səfər İmanovla telefonla danışdığını bildirir.

Bir qədər əvvəl Eynur Kərimov adlı şəxs sabiq Aparat rəhbərinin ondan işə düzəltmək adı ilə 170 min dollar aldığını bildirirdi. Şikayətçinin deməsinə görə, pulu alınsa da, ona verilən vəd yerinə yetirilməyib. Bundan komitə rəhbəri Hicran Hüseynova da xəbərdar olub.

Ancaq Hicran Hüseynova da mətbuata verdiyi müsahibədə bu iddiaların əsassız olduğunu, ona böhtan atıldığını bildirdi.
Üstəlik, sabiq Aparat rəhbərinin Azərbaycanda olmadığı, öz mülklərini satıb ölkəni tərk etdiyi bildirilir.

«Report» xəbər verir ki, E.Kərimovun sabiq Aparat rəhbəri ilə telefonla danışmasını onun vəkili Adəm Məmmədov söyləyib.

«S.İmanov müdafiə etdiyim şəxsə ölkədən qaçmasına, atasının yas mərasimində belə iştirak edə bilməməsinə səbəb kimi Hicran Hüseynovanı göstərir. Hazırda onun hansı ölkədə olduğunu deyə bilməyəcəyəm. Səfər İmanov bu haqda nə lazımdırsa, yaşadığı ölkədən yazıb göndərəcəyini bildirib. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də ərizə yazacağına söz verib», -deyə vəkil bildirib.

XS
SM
MD
LG