Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:16

2017-ci ildə Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində dövlət büdcəsi vəsaitlərinin xərclənməsi ilə bağlı 689 nöqsan müəyyən olunub. 18 milyon manatlıq vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün, mayın 18-də parlamentdəki çıxışında belə deyib. Milli Məclisin məlumatına görə, Gülməmmədov palatanın 2017-ci ildəki fəaliyyəti barədə hesabat təqdim edib.

Vüqar Gülməmmədovun sözlərinə görə, 2017-ci ildə dövlət qurumlarının 42,1 milyon manat məbləğində vəsaitin təyinatını dəyişdirməsi halları müəyyən edilib.

Hesablama Palatası 26 qurumda 92 hal üzrə 83,3 milyon. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib.

Palata lazımi ölçülər götürülməsindən ötrü zəruri sənədləri hüquq-mühafizə orqanlarına göndərib.

Milli Məclisin deputatları palatanın hesabatını qəbul ediblər.

Deputatlar həmçinin “Hesablama Palatası haqqında” qanun layihəsini də müzakirdən sonra ikinci oxunuşda qəbul ediblər.

Sənəddə Hesablama Palatasının səlahiyyətlərinin artırılmasının təklif edildiyi bildirilir.

Hesablama Palatasının fəaliyyətini indiyə qədər tənzimləyən qanun 1999-cu ildə qəbul edilib. Yeni sənəd təklifi hazırkı qanunun müasir dövrün tələblərinə cavab verməməsi ilə əsaslandırılıb.

Xatırlatma

Azərbaycanda Hesablama Palatası 2001-ci il iyunun 12-də yaradılıb. Palata həmin il dekabrın 7-dən rəsmən fəaliyyət göstərir.

Palata büdcə vəsaitlərindən istifadənin auditini aparır. Auditlərin nəticələri barədə ictimaiyyətə məlumat verilir. Habelə hər il parlamentə də hesabat təqdim olunur.

Bəzi ekspertlər hesab edirlər ki, Hesablama Platası ölkədə ciddi korrupsiya hallarını üzə çıxara bilmir. Onlar bunu, əsasən ölkədə hakimiyyət bölgüsünün düzgün aparılmaması ilə izah edirlər.

Hərçənd palata rəsmiləri və bir çox deputatlar bu iddiaları qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG