Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:19

27 milyon manat sənə verilsəydi…


Tort. Şerif. Karikatura.
Tort. Şerif. Karikatura.

Azərbaycanda ilk yarım il boyunca büdcədən 27 milyon manata yaxın vəsait təyinatı üzrə xərclənməyib.

Bunu Hesablama Palatası açıqlayıb. Palatanın sədri Vüqar Gülməmmədov “Təyinatdankənar istifadə: diaqnostikası və hüquqi problemlər” başlıqlı məqaləsində qeyd edib ki, bu ilin ilk 6 ayı ərzində 26,8 milyon manat büdcə təyinatı üzrə xərclənməyib.

O, ayrılan vəsaitin büdcə kodunun dəyişdirildiyini - ya başqa mənbədən maliyyələşməsi nəzərdə tutulan istiqamətə yönəldildiyini, ya da büdcə təşkilatına dəxli olmayan xidmət və işlərin ödənilməsi üçün xərcləndiyini söyləyib.

Buna da bax:​ Deputatlar hələ büdcə layihəsinin üzünü görməyib

Hesablama Palatası, hələ ki, sözügedən vəsaitin hansı dövlət qurumlarında “yoxa çıxması”nın təfərrüatına varmayıb.

Dərhal suallar doğur: Büdcə vəsaiti ilə bağlı həyəcan təbili çaldıran bu faktlar hara təqdim edilib? Dəymiş ziyan hansı hüquqi ölçülərə yol açıb? Hesablama Palatası AzadlıqRadiosu-nun bu və başqa suallarını cavablandıracağını bildirib.

Milli Məclisin üzvü Aqil Abbas Hesablama Palatası hesabatının onlara gəlib çıxmadığını və rəqəmlərlə tanış olmadığını deyir: “Hesabat bizə hələ bu həftə təqdim olunacaq. Gəlsin, baxım görüm, nəyi hara xərcləyiblər, sonra bu sualları cavablandıracağam”.

Buna da bax:​ 'Avropadakı qiymətlərdən danışırlar, maaşlardan yox'

“Jurnalist araşdırmalarında daha böyük rəqəmlər görmüşük”

Nazim Bəydəmirli: '27 milyona xaricdə təhsildən tutmuş, sahibkarlığın inkişafınadək bir çox problemi həll etmək olardı'
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00
Direct-ə keçid

Keçmiş deputat Nazim Baydəmirli sözügedən rəqəmin inandırıcı olmadığını düşünür. Onu Hesablama Palatasının rəqəmlərinə şübhə ilə yanaşmağa vadar edən səbəb çoxsaylı jurnalist araşdırmalarında səmərəsiz yə ya şübhəli büdcə xərclərinə dair daha iri məbləğlərin göstərilməsidir: “Belə araşdırmaları oxuyarkən, dəfələrlə görmüşük ki, büdcə xərcləri nəzərdə tutulmayan istiqamətlərə xərclənib. Bəzi dövlət qurumlarının rəhbərləri büdcə vəsaitlərini ailə üzvlərinə mənsub şirkətlərə yönəldir, özü də şişirdilmiş məbləğlərlə…”.

Sabiq deputat bu səbəbdən düşünür ki, büdcə təyinatı üzrə xərclənməyən vəsait 27 milyon manatdan daha çoxdur.

İqtisadçı Natiq Cəfərli də eyni mövqeyi bölüşür. O deyir ki, Azərbaycan reallığını nəzərə alanda, büdcə vəsaitinin nəzərdə tutulmayan istiqamətlərə xərclənmə məbləği daha böyük olmalıdır. Onun fikrincə, heç bir rayonun da deyil, adi dövlət idarəsinin büdcəni necə xərclənməsi “yaxşı-yaxşı araşdırılsa”, ortaya daha iri məbləğlər çıxa bilər.

Natiq Cəfərli: 'Xaricdə təhsil proqramını davam etdirmək, təhsil kreditlərini faizsiz vermək olardı”'
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00
Direct-ə keçid

Buna da bax:​ Deputat: 'İslahatlar başlayıb artıq...'

27 milyon manata nə etmək olardı?

27 milyon manat Hesablama Palatası auditlərinin ayrı-ayrı dövlət qurumlarında üzə çıxardığı təyinatdankənar xərclərin məcmusudur. Bəs bu məbləğ ölkənin hansı dərdinə dərman ola bilərdi?

Deputat Aqil Abbas konkret ünvan göstərməsə də, bunun xırda məbləğ olmadığını, həmin vəsaitin bir çox problemi çözə biləcəyini deyir.

Nazim Baydəmirlinin fikrincə, sözügedən məbləğlə xaricdə təhsildən tutmuş, sahibkarlığın inkişafınadək bir çox problemi həll etmək olardı: “Düzdür, sahibkarlığın inkişafı üçün vəsait xərclənir, ancaq real iqtisadiyyata təsiri yoxdur, orda da mənimsəmələr var. Bir çox sosial, elm, təhsil layihələri maliyyə çatışmazlığından yarımçıq qaldı. Məbləğin xərclənməsini müqayisə etmək üçün yetərincə sahə var”.

Buna da bax:​ Büdcə vəsaitlərinin necə xərcləməsi müzakirə edilib

Natiq Cəfərli deyir ki, bu vəsaitə xaricdə yüzlərlə tələbə oxutmaq olardı: “Dörd illik təhsildən götürsək, xaricdə təhsil proqramını davam etdirmək, təhsil kreditlərini faizsiz vermək olardı”.

Adi vətəndaş 27 milyon manatı nəyə xərclərdi?

Adi vətəndaşlar bu vəsaitlə ölkənin hansı probleminin çözülə biləcəyini düşünürlər?

Yazar Günel Mövlud bu vəsaiti gözünü qırpmadan uşaqların “təhsilli, intellektual böyüməsinin, məşğuliyyətini istiqamətləndirən bir sistemin” təşkilinə xərcləyərdi: “Ölkənin bütün regionlarında, dövlət qurumlarında uşaq guşələri yaradardım ki, uşaqların yaradıcılıq qabiliyyəti ortaya çıxsın”.

Günel Mövlud deyir ki, inkişaf etmiş ölkələrin dövlət qurumlarında belə infrastruktur var: “27 milyonu Azərbaycanda da bənzər infrastruktur qurmağa xərcləmək olar”.

Buna da bax:​ Tendersiz xərclənən milyardlar

Rejissor İradə Gözəlova sözügedən məbləği öz sahəsinin problemlərinin çözülməsinə sərf etmək istərdi: “Tamaşa qoyuluşlarına daha çox pul ayırmaq, maaşları qaldırmaq mümkündür. Ölkədə festivallar, laboratoriyalar təşkil etmək olar”.

“300 ailəyə fermer təsərrüfatı və ya…”

Fermer Şahin Nəcəfov 27 milyon manatı çox yaxşı məbləğ sayır. Onun sözlərinə görə, bu məbləğə “ən azi, 300 nümunəvi ailə fermer təsərrüfati yaratmaq və yetərincə məhsul toplamaq olar”. Onun fikrincə, 100 hektarlıq normal istixana da tikmək mümkündür: “Hər hektarda 12 nəfər işləsə, 1200 nəfəri işlə təmin etmək olar. Hər hektara 26-27 min şitil əkildiyini nəzərə alsaq, hər hektardan 200-250 ton məhsul alardıq. Bunu da 100 hektara vurun, görün necə min ton xaricə xiyar-pomidor satib ölkəyə valyuta gətirə bilərdik”.

Buna da bax:​ Odla su bir arada: Büdcə qurumlarında antikorrupsiya bölmələri yaradılır

Bakı sakinləri Gülnarə SəlimovaMurad Məmmədovun fikrincə, 27 milyon manata əlilliklə bağlı bir çox problemi çözmək mümkün idi: “Bakı şəhərinin ictimai nəqliyyatını, əlilliyi olan şəxslərin sosial və texniki xidmətlərə ehtiyaclarını qarşılamaq olardı”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG