Keçid linkləri

2017, 26 Mart, bazar, Bakı vaxtı 13:14

Əsgər ölümlərini gizlətmək ya açıqlamaq lazımdır? [video]


Keçən ilin aprel döyüşlərində Azərbaycan Müdafiə nazirliyi Azərbaycan tərəfdən 30 hərbçinin, Azərbaycandan kənarda fəaliyyət göstərən Xəzər Hərbi Tədqiqatlar İnstitutu isə 93 hərbçinin həlak olduğunu dedi.

İnstitut hesab edir ki, Müdafiə nazirliyi əsgər ölümləri və onların səbəbləri haqda məlumatları açıqlamalıdır.

Buna da bax: Gənclər «Fəvvarələr meydanı»nda aksiya keçirdi [Video]

2013-cü ilin martında Bakıda “Əsgər ölümlərinə yox!” aksiyası keçirilmişdi. Bu aksiya sosial şəbəkələrdə əsgər ölümlərinin artması bağlı məlumatlardan sonra baş vermişdi. Polis aksiyanı dağıtmışdı, saxlananlar olmuşdu.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bir müddət əvvəl AzadlıqRadiosu-na demişdi ki, döyüş şəraitində hər bir məlumatın yayılması döyüşün ümumi vəziyyətinə təsir edir, odur ki, hökumət bunu nəzərə alıb öz informasiya siyasətini qurur.

Media Hüququ İnstitutunun keçmiş əməkdaşı, hüquqşünas Xalid Ağalıyev deyir ki, əsgər ölümləri haqda məlumat hərbi sirr sayıla bilməz, bu, ictimaiyyət üçün açıq olmalıdır.

Buna da bax:​ "Ölən əsgərlərin arasında məmur, nazir övladı yoxdur"

Xalid Ağaliyev

Xalid Ağaliyev

Onun sözlərinə görə, yalnız bəzi hallarda, məsələn, kütləvi ölüm halı baş verərsə, məlumat bir müddət qapalı qala bilər.

Xalid Ağalıyev deyir ki, Baş Prokurorluğun mediaya belə xəbərdarlıq etməsi qanuni deyil:

“İstər hərbi informasiya olsun, istər başqa informasiya olsun, ona senzura qoymaq Konstitusiya ilə qadağandır. Digər tərəfdən Azərbaycanın qoşulduğu Avropa Konvensiyası da hər hansı məqaləyə ön senzuranın tətbiqini qadağan edir və Azərbaycan da bu yurisdiksiyanı qəbul edib. Əgər məhkəmələr Baş Prokurorluğun xəbərdarlığını araşdırsa, birmənalı olaraq ifadə azadlığının pozulması məsələsi gündəmə gəlir”.

Buna da bax:​ 'Oğlum özünü öldürəcək qədər aciz deyildi...'

Xalid Ağaliyev deyir ki, Müdafiə nazirliyi özü məlumatları paylaşmaqda daha açıq olmalıdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG