Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:01

‘Kabul qəssabı’ Hekmatyarın 75 döyüşçüsü həbsxanadan azad edilib


Yanvarın 11-də Pule-Çərxi həbsxanasından 75 məhbus azad edilib
Yanvarın 11-də Pule-Çərxi həbsxanasından 75 məhbus azad edilib

Əfqanıstan rəsmiləri bildirirlər ki, 2016-cı ildə Kabul hökuməti ilə sülh sazişi imzalamış Gulbuddin Hekmatyara loyal 75 məhbus azad ediluib.

Kabulun şərqindəki Pule-Çərxi həbsxanasının mətbuat katibi Şah Mir Amirpur məhbusların yanvarın 11-də azad edildiklərini bildirib.

2016-cı il sazişinin şərtlərinə görə prezident Aşraf Ghani qiyamçı qrupların silahı yerə qoymasını həvəsləndirmək məqsədilə Hekmatyarın davamçılarını azad etməlidir.

Buna baxmayaraq məhbusların azad edilməsi aylarla yubadılıb. Digər tərəfdən insan haqları qrupları mülki əhali üzərinə hücumlarda iştirak etmiş şəxslərin azad olunmasına razılaşdığına görə Kabulu tənqid edir.

Məhbusların 55 nəfərdən ibarət ilk qrupu 2017-ci ilin mayında azad edilib.

Hekmatyar 2001-ci ildə ABŞ-ın müdaxiləsindən bəri amerikalıalrıa və Əfqanıstanın hökumət qoşunlarına qarşı vuruşurdu. Onu 1990-cı illərin vətəndaş müharibəsi zamanı törətdiklərinə görə “Kabul qəssabı” adlandırırlar.

Saziş ona və onun döyüşçülərinə keçmiş əməllərindən toxunulmazlıq və siyasət meydanına tam qayıdış imkanı verib.

BMT 2017-ci ildə Hekmatyarın adını özünün sanksiyalar siyahısından çıxarıb.

Hekmatyarın Hizbi-İslami partiyasının sözçüsü Nadir Əfqan deyib ki, daha 2200 partiya üzvü hələ də həbsxanalarda qalır.

Əfqanıstanın başqa fraksiya başçıları hökumətlə saziş bağlamağa həvəsli deyillər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG