Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:59

Təkrar Həccə əlavə 535 dollar vergi


Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yollandılar.
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yollandılar. 2016

2014-2016-cı illərdə Həcc ziyarətində olanlar bu il təkrar eyni ziyarətə getmək istəyərsə, əlavə 535 dollar vergi ödəməlidirlər.

Bu haqda Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib. İdarədən verilən xəbərə görə, bu, Səudiyyə Ərəbistanı hökumətinin tələbidir.

QMİ-dən onu da əlavə ediblər ki, təkrar Həcc ziyarətinə getmək istəyənlərin sayı hələlik 70 nəfərə yaxındır.

İdarədən verilən məlumata görə, bu il Azərbaycandan, əvvəllər elan olunduğu kimi, Həcc ziyarətinə 600 yox, 900-ə yaxın şəxsin gedəcəyi gözlənilir.

Bu il Həcc ziyarətindən ötrü 3850 dollar məbləğin müəyyən edildiyi bildirilir.

2017-ci ildə zilhiccə (həcc ayı) sentyabrın 23-dən başlanır, zəvvarların ilk dəstəsinin sentyabrın 24-də yola salınması gözlənilir.

Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı sentyabrın 1-i və 2-nə təsadüf edir.

2015-ci ildə baş verən iki devalvasiyadan sonra manatla Həcc ziyarətində kəskin bahalaşma var. Son illər Həccə gedənlərin sayında kəskin düşüş müşahidə edilir. Ötən il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. Bu il də Həccə cəmi 600 nəfərin gedəcəyi bildirilirdi. 2015-ci ildə isə Azərbaycandan Həccə 2400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG