Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:27

Havay adalarında ballistik raket hücumu həyacanını işçi səhvən verib


Havay adaları
Havay adaları

Havay adalarında ballistik raket hücumu barədə həyacan siqnalı işçinin səhvi ucbatından baş verib.

Azadlıq Radiosunda olan məlumata görə fövqəladə vəziyyətlər üzrə idarənin əməkdaşı düyməni səhv basıb.

Nəticədə adadakı sakinlərin mobil telefonlarına balistik raket hücumu barədə xəbərdarlıq göndərilib.

İnsanlar təlaşa düşüb, bir çoxları vanna otaqları, qalın tikililər və kanalzasiya xətlərində gizləniblər.

Yerli qubernator David Ige deyib ki, bu doğurdan da “Əsil fövqəladə vəziyyətdir”, gələcəkdə bu cür halların baş verməməsi və müvafiq tədbirlər görülməsi üçün hadisənin dəqiq səbəbini araşdırırıq.

Xəbərdarlıqdan sonra yerli əhali və turistlər arasında 38 dəqiqə həyacan yaşanıb.

Qeyd edək ki, həyacan siqnalı Şimali Koreyanın nüvə sınaqlarını davam etdirməsi fonunda baş verib.

Bu yaxınlarda Havay adalarında “Soyuq Müharibə” dövründən sonra ilk dəfədir ki, nüvə hücumu təhlükəsi sisteminin sınağına başlanıb.

--

Qeyd edək ki, Şimali Koreya beynəlxalq aləmin xəbərdarlıqlarına məhəl qoymayaraq ötən il ballistik raketlər və nüvə silahının sınaqlarını keçirməkdə davam edib.

Birləşmiş Ştatlar artıq bir neçə aydır ki, BMT sanksiyalarına məhəl qoymayan Pxenyanla söz davasındadır.Hətta ABŞ prezidenti Donald Trump xəbərdarlıq edib ki, Vaşinqton lazım gəlsə Şimali Koreyaya qarşı küc tətbiq edə bilər.

Donald Trump
Donald Trump

Buna da bax: “ABŞ-ın nüvə düyməsi Şimali Koreyakından çox böyükdür”

Rusiya BMT-də Pxenyana qarşı sanksiyalarla bağlı qətnamələri dəstəkləsə də, ABŞ-ı Pxenyana münasibətdə güc nümayişindən çəkinməyə çağırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG