Keçid linkləri

2017, 27 İyun, çərşənbə axşamı, Bakı vaxtı 05:55

Martın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 2-5, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində də hava şəraitinin, əsasən, yağmursuz olacağı gözlənir. Lakin axşam bəzi dağlıq rayonlarda çiskinli yağıntılı olacağı ehtimal edilir. Gecə 1-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG