Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 01:30

Yanvarın ilk günü yağış gözlənir


Bakıda yağış

Azərbaycanda 2017-ci ilin ilk gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya

Departamentinin xəbərinə görə, yanvarın 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi gözlənir. Amma gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənir.

Ölkənin rayonlarında isə arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz isə yağmursuz keçəcəyi təxmin edilir. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənir.

XS
SM
MD
LG