Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 22:32

İyulun 23-ü Bakı və Abşeron yarımadasında günəşli hava müşahidə ediləcək, yağıntı gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yarımadada gecə 22-26, gündüz 34-39, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq.

İyulun 23-üölkənin əksər rayonlarında da yağıntı gözlənilmir. Ancaq axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təxmin edilir.

Nazirik bildirir ki, iyulun 23-ü gündüzdən 25-ə kimi bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi,şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG