Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 15:50

Yollar buz bağlayacaq


Foto: arxiv

Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Günün ikinci yarısında bəzi yerlərdə yağış yağacaq, axşama doğru sulu qara keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, gecə yarımadada 1° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 3-5° isti olacaq.

Ölkənin rayonlarında hava yağmursuz olacaq. Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° şaxta olacaq.

Yanvarın 22-si gündüzdən 23-ü gündüzədək şimal və şərq rayonlarında yağış, sulu qar, qar yağacaq. Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

XS
SM
MD
LG