Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:16

Xəzərin sahilində 'Çin səddi' [Video]


Xəzərin sahilində 'Çin səddi'
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Xəzərin sahilində 'Çin səddi'

"Nə tikirlər tiksinlər e, ancaq camaat üçün yol da qoysunlar"

Pirşağıda dənizin sahilinə aparan yolların qabağı bəzən üç sıra hasarla kəsilir. Burda villalar tikilməkdə davam edir. Gərək hərlənib-fırlanıb hansısa hasarda deşik tapasan ki, dəniz ordan görünsün.

"Deyirlər sərvət xalqındır, nə oldu, niyə o sərvətdən bizə çatmır?" - bunu deyən köhnə bakılı, 75 yaşlı Rəhim Cəbiyevdi. 50 ildən çoxdur, Pirşağıda bağı var.

Deyir son illərdə bağın dadı qaçıb. Dənizin hsarlanmasıyla bağlı Prezident Administrasiyasına qədər şikayət eləsə də bir faydası olmayıb:

"O vaxt qanun vardı ki, tikinti dənizdən 50-70 metr aralıda aparıla bilər. Qanuna heç baxan yoxdur. Prezident Aparatına şikayətə getmişdim. Təzəliklə prezident İlham Əliyevin qərarı var ki, dəniz sahilindən 20-50 metr aralıda tikinti ola bilər. Nə tikirlər tiksinlər e, ancaq camaat üçün dənizə getməyə yol qoysunlar."

"Bu saat çağıraram milisəneri, tutub aparar səni"

Burdakı hasarlar Abşeronun bir çox kəndində yerli camaatın göz dağına çevrilib. Belə hasarlar Şüvəlanda da. Bibiheybətdə də qarısna çıxar, Bilgəhdə də. Dənizi vaxtilə azad, hasarsız gördüklərindəndir ki, ən çox yaşlı nəsil hazırda Xəzərin "həbsə alınması"yla barışa bilmir.

88 yaşlı Ağasəf Dadaşov dənizin zəbt olunmasından yana-yana danışır:

Ağasəf Dadaşov
Ağasəf Dadaşov

​Buna da bax: Yeni Balaxanı – palçıq dizdən, problem xirtdəkdən...

"Əvvələ burdan "Mayak"a qədər gedirdik. İndi hamısını tutub hasarlayıblar. Heç yazıq balıqçılar balıq da tuta bilmir. Şikayət eləyirsən, deyirlər ki, bu saat çağıraram milisəneri, tutub aparar səni".

"Xüsusi sərəncamla tikilənlər də sökülməlidir"

Hüquqşünas Namizəd Səfərov deyir ki, dəniz sahillərinin zəbt olunması qanunsuz olduğundan həmin hasarlar və içindəki tikililər sökülməlidir:

"Şəhər daxilində 15-20 mərtəbəli binaların, malikanələrin sökülməsinin şahidi olmuşuq. Hamının yadındadır, prezidentin reaksiyasndan sonra Şıxov tərəfdə orada bir neçə dənə böyük malikanə hamının gözü qarşısında söküldü. Hesab edirəm ki, indiki halda da dövlətin bilavasitə müdaxiləsiylə dənizin hasarlandığı ərazilər, hətta böyük malikənılər də sökülməlidir. Bu tikililər xüsusi sərancamlarla tikilsə belə özlüyündə qanunsuz tikildiyindən sökülməsi təmin olunmalıdır".

Namizəd Səfərov
Namizəd Səfərov

Buna da bax: “Rüşvət vermədik, daraşıb sökdülər”

Dənizin hasarlanmasının hazırkı durumu ilə bağlı həmin hasarlanmaların daha çox yayıldığı Abşeron, Sabunçu, Xəzər rayonlarının icra hakimiyyətlərinə bir neçə gün dalbadal etdiyimiz telefon zənglərisə cavabsız qaldı.

Rəhim Cəbiyevsə deyir ki, camaat dənizin həbsdən azad olunmasını istəyir, elə dəniz özü də hasarsız olanda daha azad dalğalanır...

Günün bütün mövzuları

XS
SM
MD
LG