Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 12:53

DiCaprio, Kardashian-lar, Trump və başqa ulduzlar


Hyuston, Harvey qasırğasında xərərçəkənlərin xilas edilməsi. 28 avqust 2017

ABŞ mediası yazır ki, Harvey qasırğası təkcə Texasın və bəzi yaxın ərazilərin adamlarına fəlakət gətirməyib, həm də bir daha Amerika məşhurlarının hüsn-rəğbət və səxavətinin nümayiş etdirilməsi üçün imkan olub.

Aktrisalığından başqa həm də xeyriyyəçiliyi ilə tanınan Sandra Bullock Qırmızı xaça 1 milyon dollar ianə edib.

Sandra Bullock
Sandra Bullock

Məşhur aktrisa həm də başqa sənət yoldaşlarını bacardıqlarını etməyə çağırıb.

Onun ardınca The Leonardo DiCaprio fondu qasırğa qurbanları üçün yenicə yaradılmış United Way Harvey Recovery Fund fonduna 1 milyon dollar köçürüb.

Müğənni Edie Brickell və onun əri Paul Simon da qasırğa qurbanlarının yardım fonduna elə bu qədər vəsait verəcəklərini bidliriblər.

Leonardo DiCaprio
Leonardo DiCaprio

Məşhurlardan bəziləri verdikləri pulun konkret olaraq hara yönəldilməli olduğunu da bildirirlər. Məsələn komediya aktyoru və yazıçı Tyler Perry Facebook səhifəsində elan edib ki, Harvey qurbanlarının ehtiyacları üçün 1 milyon dollar ianə etmək niyyətindədir və bu pulun 250 min dollarının Joel və Victoria Osteen kilsəsinin bərpasına yönəldiməsini istəyir.

İanə verənlərin arasında Oprah Winfrey də var.

Kardashian/Jenners ailəsi də bir kənarda qayıb. Khloé Kardashian-ın paylaşdığı tvitdə deyilir ki, o, bacıları və anası Qırmızı Xaça və İxlas ordusuna 500 min dollar verirlər.

Gənc müğənni Miley Cyrus da fəlakət qurbanları fonduna 1 milyon dollar verib.

ABŞ mediası yazır ki, bəzi məşhurlar ianə verməklə kifayətlənmir, özləri də pultoplama kampaniyası aparırlar.

Beyonce və Coldplay qrupundan Chris Martin
Beyonce və Coldplay qrupundan Chris Martin

Texaslı futbolçuJ.J. Watt özünün təşəbbüs fondu ilə indiyədək 16 milyon dollar toplaya bilib.

İxlas fondlarına ianə verənlərə heç şübhəsiz əslən Texasdan olan sənətçilər və məşhurlar başçılıq edirlər.

Hyustonda doğulmuş Beyoncé də onlaırn arasındadır.

Məşhur Coldplay qrupunun ötən həftə üçün elan edilmiş konserti qasırğaya görə ləğv olunmuşdu, lakin onlar da Mayamidə verdikləri konsertin pulunu tamamilə xeyriyyəyə köçürüblər.

Onlar bu konsert üçün məxsusi olaraq “Hyuston” adlı mahnı da yazıblar.

ABŞ-da məşhur “Bachelor” realiti şousunun ulduzu Sean Lowe isə kater icarəyə götürərək daşqının əsirlərini xilas etməyə şəxsən gedib.

Və əlbəttə bu səxavət marafonundan keçmiş televiziya ulduzu, hazırkı prezident Trump da kənarda qalmayıb.

O elan edib ki, fəlakət qurbanları üçün “öz cibindən” 1 milyon dollar ayırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG