Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:12

ABŞ Rusiya ilə münasibətlərin yaxşılaşması üçün şərtini açqlayır


Moskva - ABŞ səfiri Jon Huntsman etimadnaməsini Rusiya prezidenti Vladimir Putinə təqdim edir. 3 oktyabr 2017

ABŞ-ın Rusiyadakı yeni səfiri Jon Huntsman bildirib ki, iki ölkə arasında münasibətlərin yaxşılaşmasında Ukraynanın ərazi bütövlüyünün bərpası məsələsi xüsusi əhəmiyyət kəsb edəcək.

Səfir oktyabrın 7-də deyib ki, münasibələtin normallaşması üçün ilk addımı Moskva atmalıdır - Ukraynaya imkan verməlidir ki, beynəlxalq aləm tərəfindən tanınan sərhədləri daxilində ərazilərinə nəzarəti qaytarsın.

Huntsmanın sözlərinə görə, bu, təkcə ABŞ-ın yox, həm də Avropa Birliyi, Kanada və demək olar ki, bütün başqa inkişaf etmiş ölkələrin mövqeyidir.

Moskva Ukraynanın Krım bölgəsini ilhaq edib. Bundan başqa rusiyameylli separatçılar Ukraynanın şərqində nəzarəti ələ keçiriblər.

2014-cü ildən bəri hökumət qüvvələri ilə separatçılar arasında baş verən toqquşmalarda 10 minəcən insan ölüb.

Ukrayna ölkənin şərqinin əslində Rusiya ordusu tərəfindən işğal edildiyini bildirir. Kreml bu ittihamları qəbul etmir.

Avropa Birliyi və ABŞ Krım məsələsinə görə Rusiyaya sanksiyalar qoyub.

Amma Ukrayna məsələsi ABŞ və Rusiya arasındakı problemlərin yalnız biridir.

Huntsman deyib ki, o, Şimali Koreyanın nüvə və ballistik raket proqamları ilə bağlı problemin həllində də Moskva ilə əməkdaşlıq etmək istərdi.

Buna da bax: Diplomatik müharibə: Rusiya və ABŞ necə dalaşırdı?


Səfir Şimali Koreyanı təkcə ABŞ üçün yox, bütün dünya üçün təhlükə sayır.

"ABŞ və Rusiya əməkdaşlıq edərək Şimali Koreyanı danışıqlar masasına əyləşməyə və problemi sülh yolu ilə çözməyə məcbur edə bilər".

Huntsman bu sözləri prezident Donald Trump-ın Şimali Koreya ilə fikirlərindən bir neçə gün səsləndirib.

Trump oktyabrın 1-də deyib ki, "Şimali Koreya ilə danışıqlar vaxt itkisi olub".

Səfir Kreml və Ağ ev arasında Suriya ilə bağlı əməkdaşlığın da mümkünlüyünü dilə gətirib.

Onun fikrincə, terrorçu qruplara qarşı birgə mübarizə Suriyada 6 ildir davam edən vətəndaş müharibəsinə son qoya bilər.

ABŞ və Rusiya Suriyada düşmənçilik edən fərqli tərəfləri dəstəklətirlər.

ABŞ ilə Rusiya arasında münasibətlər Amerikadakı prezident seçklərindən sonra daha da pisləşib.

ABŞ Konqresi Rusiyanı seçkilərə müdaxilədə suşlayır.

Buna görə Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirib.

Buna da bax: Rusiya-Belarus və NATO təlimləri keçirilir

Günün bütün mövzuları

XS
SM
MD
LG