Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 11:50

ABŞ deyir ki, Şimali Koreya “dava axtarır”


ABŞ-ın BMT-dəki səfiri bəyan edib ki, Birləşmiş Ştatlar Şimali Koreyaya dair yeni qətnamə layihəsini müzakirəyə verməyə hazırlaşır və Təhlükəsizlik Şurasında bu qətnamə üzrə səsvermənin gələn həftə keçirilməsini istəyir.

Sentyabrın 4-də, Şimali Koreya onun dediyinə görə hidrogen bombasını partlatdıqdan bir gün sonra Haley Təhlükəsizlik Şurasının iclasında deyib: "Həvəsdir bəsdir. Müharibə Birləşmiş Ştatların istədiyi bir şey deyildir. Biz indi də bunu istəmirik. Lakin bizim ölkəmizin səbri hüdudsuz deyildir”.

Haley şuranı, Şimali Koreyanı özünün nüvə proqramını bundan sonra davam etdirməkdən çəkindirəcək mümkün olan ən sərt tədbirlərə çağırıb. TŞ-nin təcili sessiyasının keçirilməsini Birləşmiş Ştatlar, Yaponiya, Fransa, Britaniya və Cənubi Koreya rica etmişdilər.

Haley deyib ki, Birləşmiş Ştatlar bu həftə qətnamə layihəsinə dair danışıqlarla məşğul olacaq və Pxenyan özünün son nüvə sınağı ilə “hamının üzünə sillə çəkib”.

Haley əlavə edib ki, Şimali Koreyanın lideri Kim Jong Un “dava axtarır”.

Cənubi Koreyanın təxminlərinə görə Pxenyanın son sınağı zamanı partladılmış bombanın gücü 50 kiloton olub. Bu, Şimali Koreyanın bundan əvvəl, 2016-cı ildə keçirdiyi son sınaq zamanı partladılmış bombanın gücündən 5 dəfə, ABŞ-ın 1945-ci ildə Hiroşimaya atdığı bombanın gücündən isə üç dəfə çoxdur.

Rusiyadan alınan xəbərlərdə deyilir ki, prezident Vladimir Putin sentyabrın 4-də Cənubi Koreya lideri Moon Jae-in-lə telefon söhbətində Şimali Koreyanın bomba sınağını qətiyyətlə pisləyib.

Lakin Kremlin verdiyi məlumata görə, Putin deyib ki, böhranın çözülməsi üçün yeganə yol danışıqlar və diplomatiyadır.

Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenziya da deyib ki, “regionda sülhə ciddi təhdid var, lakin böhran soyuq başla çözülməli və gərginliyi artıran hərəkətlərə yol verilməmılidir”.

Çinin BMT nümayəndəsi Liu Jieyi da deyib ki, təcili diplomatik danışıqlar aparılmalıdır. O bildirib ki, Çin Koreya yarımadasında xaos və müharibəyə yol verməyəcək.

Çin Şimali Koreyanın nüvə və raket sınaqlarının dondurulması müqabilində, ABŞ-Cənubi Koreya birgə hərbi manevrlərinin dayandırılmasını təklif edib. Bu təklif Kreml tərəfindən dəstəklənir.

TŞ-nin digər üzvləri – Yaponiya və Fransa yeni, daha sərt sanksiyalara çağırırlar.

TŞ-nin daimi üzvü olmayan Almaniya da sanksiyaların tərəfdarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG