Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:07

Bu əfvlə hakimiyyət dialoq və islahat istəmədiyini göstərdi


Yeni həbslər başlayır?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Yeni həbslər başlayır?

Prezidentin 24 may tarixli əfv sərəncamı hüquq müdafiəçilərinin gözləntilərini doğrultmadı. Bir çox siyasi məhbusun adı bu siyahıya salınmadı.

HAKİMİYYƏT SİYASİ İSLAHATLARA GETMƏK İSTƏMİR"

Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü Mehman Əliyev düşünür ki, hakimiyyət bununla indiyədək apardığı siyasətin davam edəcəyi mesajını verdi:

"Bu əfv göstərdi hökumət vətəndaş cəmiyyəti ilə dialoqa, dəyişiklərə hazır deyil. Bu ərəfədə gedən həbslər, təzyiqlər onu göstərir ki, hakimiyyət əslində bu konfrantasiya yolunu tutmaqda davam edir və yaxın zamanlarda heç bir siyasi islahatlara getməyəcək, media, siyasi təşkilatlar, vətəndaş cəmiyyəti ilə birlikdə bunu etmək istəmir və etməyəcək".

"KİMİN AZAD OLUNUB-OLUNMAMASI PREZİDENTİN HÜQUQUDUR"

Əvf komissiyasının üzvü Rəşad Məcid isə bu fikirlərlə razılaşmır. Deyir ki, bu əfv sərəncamı prezidentin humanist addımıdır:

"Bu amnistiya səviyyəsində bir sərəncamdır. 600-dən çox adam azadlığa çıxıb. Düşünürəm ki, bu ölkə prezidentinin humanist addımdır. Kimlərsə, kiminsə azadlığa buraxılacağını gözləyirmiş. Kimin azad olunub-olunmaması prezidentin müstəsna hüququdur. Eyni zamanda Əfv Komissiyasının da burda gərgin işi, əməyi olub. Kiminsə azadlıqda görmək istədiyi məhbus əfv olunmayıbsa, düşünürəm ki, bu işə kölgə salmaq lazım deyil".

Rəşad Məcid deyir ki, 15 nəfərlik Əfv komissiyası 1500-dən çox müraciətə baxıb. Maddələrin ağırlığına, məhkumların şəxsi və ailə vəziyyətlərinə, həbsxana rəhbərliyinin verdiyi rəyə uyğun olaraq, qərar çıxarıb.

Əfv sərəncamı icra olunur
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

"BU ƏFV SƏRƏNCAMI AVROPA BİRLİYİ İLƏ YENİ BAŞLANĞIC OLA BİLƏRDİ"

Avropa Şurası Parlament Assambleyasınn Azərbaycan üzrə həmmərurəçisi Stefan Shennach deyir ki, bu əfv sərəncamı onu məyus edib:

"Mən gerçəkdən ümid edirdim ki, Azərbaycan hökuməti respublikanın 100 illiyindən istifadə edərək siyasi məhbus problemi ilə bağlı səhifəni qapadacaq. Yerli ictimaiyyət, Avropa birliyi siyasi məhbusların azadlığı ilə bağlı debatlar aparırdı. Biz İlqar Məmmədov, Mehman Hüseynov, Fuad Qəhrəmanlı və digər siyasi məhbusların azadlığa buraxılacağını gözləyirdik. Bu hakimiyyət üçün böyük şans idi. Mən təəccüblənirəm ki, niyə hökumət Avropa Birliyi ilə yeni başlanğıc üçün bu şansdan yararlanmadı. Amma ümid edirəm ki, bu danışıqların sonu deyil".

Əfv fərmanı barədə fikirlərini Bakı sakinləri də AzadlıqRadiosuna bildiriblər:

Kimlərin efv olunmasini isterdiniz?
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

161 SİYASİ MƏHBUS

Siyasi Məhbusları Müdafiə Mərkəzinin 2018-in ilin yanvarında yaydığı son siyahıya görə Azərbaycanda 161 nəfər siyasi məhbus var.

Doğrudur, həmin müddətdən bəri bəziləri azad edilib, amma son vaxtlar yeni həbslər də olub. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması fikrini inadkarlıqla qəbul etmək istəmirlər. Onlar deyirlər ki, Azərbaycanda düşüncəsinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir. Hakimiyyətdəkilərin fikrinə görə, adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri konkret əməllərlə bağlı məsuliyyətə cəlb ediliblər.

Hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar isə bu şəxslərin siyasi fəaliyyətinə, tənqidi fikirlərinə görə, qondarma ittihamlarla həbs olunduqlarını bildirirlər.

Bir neçə siyasi məhbus sayılan şəxsin hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkəməsi də tanıyıb.Avropa və Qərb təşkilatları Azərbaycan hökumətini siyasi məhbus problemini həll etməyə, ölkədə insan haqlarını qorumağa çağırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG