Haitinin keçmiş prezidenti Rene Preval 74 yaşında vəfat edib.
Onun qəflətən ürəyi dayanıb.
Rene Preval Haitidə demokratik yolla seçilən ilk prezident olub. O, iki dəfə, 1996 və 2006-cı illərdə Haitinin prezidenti seçilib.
Preval ikinci prezidentlik dövründə 2010-cu ildə ölkədə baş verən ən dəhşətli zəlzələylə mübarizə aparmışdı.
R.Preval Belçikada təhsil alıb.70-ci illərdə ABŞ-da yaşayıb. 1975-ci ildə vətəninə qayıdıb, siyasi fəaliyyətə başlayıb.