Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 21:55

'Əvvəl Hacıbala müəllim başqa cür danışırdı' [video]


Köçkünlər Hacıbala Abutalıbovu belə yaxaladılar
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Köçkünlər Hacıbala Abutalıbovu belə yaxaladılar [video]

Məcburi köçkünlər uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşməyə cəhd ediblər. Başqa cür mümkün olmadığından axırda Hacıbala Abutalıbovu səhər işə gələndə yaxalayıb dərdlərini deməyə çalışıblar.

Onlar Nizami rayonu, Babək prospekti 87 ünvanında yerləşən iki yataqxananın sakinləridir. Bura 100-dən çox ailə sığınıb, yarısı məcburi köçkünlərdir. Yataqxananın bir hissəsi 3 il əvvəl uçub. Kömək üçün rəsmi qurumlara müraciət eləsələr də, bu müddətdə məsələyə bir əncam çəkən olmayıb. Onlar da "az aşım, ağrımaz başım" deyib, 20 ildir yaşadıqları kiçik komalarında sakitcə yaşamaqlarına davam edirdilər. Ta ki, “Yusifoğlu İnşaat” MMC şirkəti gəlib yataqxanaların yaxınlığında çoxmərtəbəli binanın bünövrəsi üçün qazıntıya başlayanadək. Sakinlər deyir ki, bu zaman onsuz da qəzalı olan yataqxananın çatları genişlənib. Sakin Solmaz Nuriyeva:

"Binamız onsuz da qəzalı vəziyyətdə idi. İndi bu tikinti şirkəti də gəlib, həyətimizi zəbt edib. Tikinti aparır. Hava almaq mümkünsüzdür. Burda hovuz vardı, çəpər çəkib. Bizi isə köçürmürlər, veclərinə də deyilik. Tikintidə binamıza ziyan dəyir. Çatları genişlənir"

Buna da bax:​ Dağılan yataqxananın yanında hündürmərtəbəli bina

Sakinlər deyir ki, tikinti başlanmamışdan, tikintini aparan şirkətin nümayəndələri onlarla görüşüb, vədlər veriblər. Məsələn, sakinlərə deyilib ki, tikintiyə başlananda onlara ya kompensasiya veriləcək, ya da başqa yerə köçürüləcəklər. Əraziyə təhlükəsizlik hasarları çəkiləndən sonra vədlər də unudulub.

Sakinlər bundan sonra bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, dərdlərini desələr də, onların səsinə hay verən olmayıb. Axırda naəlac, yanvarın 13-də üz tutublar İcra Hakimiyyətinə...

Burada onları başçı Hacıbala Abutalıbov qəbul edib. Abutalıbov əvvəlcə onları sevindirib, bildirib ki, tikinti yalnız sakinlər razı salınandan sonra davam etdiriləcək. Sonradan “Yusifoğlu İnşaat” MMC-nin nümayəndəsi də həmin görüşə qatılıb. Və Hacıbala Abutalıbov sakinlərə deyib ki, məsələ tikinti şirkətinin istədiyi kimi həllini tapacaq. Şirkətin nümayəndəsi isə bildirir ki, sakinlərə ev vermək istəyir. Ancaq bir şərtlə.... Görüşə qatılan Xuraman Əliyeva:

Buna da bax: 'Siz hər dəfə toplaşanda başçıya söz gəlir'

"Əvvəl Hacıbala müəllim başqa cür danışırdı. İndi başqa söz deyir. Əvvəl dedi ki, bizi bir otaqlı evlə təmin edəcəklər. Onun içində hamamı-tualeti də əlbəttə olacaq. Ancaq sonradan da dedi ki, indi yaşadığınız evin kvadratına uyğun kvadrat pulsuz veriləcək. Ancaq artıq kvadratlarınsa pulunu ödəməlisiniz. Bundan sonra eviniz veriləcək. Evim 18 kvadratmetrdir. Otururam da evimdə. Mənə lazımdırmı ki, əlavə pul verim? Heç çörək pulu tapa bilmirəm. Təklif edilən evlərsə ən azı 40 kvadrat metrdir. Hər kvadratmetri də 1000 manatdır".

Nizami Rayon İcra hakimiyyətindən Azadlıqradiosu-u bildiriblər ki, “Yusifoğlu İnşaat” MMC şirkəti qeyd olunan ünvanda 16 mərtəbəli yaşayış binası inşa edir. Bunun üçün şirkətin bütün sənədləri var. Üstəlik də, tikinti yataqxanalardan təqribən 15 metr kənarda inşa olunur. Yataqxanalardan yalnız biri – keçmiş Təmir Tikinti Trestinin yataqxanasının qəzalı olması barədə rəy var. Bu barədə Nazirlər Kabineti məlumatlandırılıb. Sakinlərin köçürülməsinin nə zaman baş tutacağı bilinmir. Üstəlik də, burada məskunlaşanların böyük hissəsinin köçkün olması köçürülməni bir az da çətinləşdirir. Çünki bu işlərə həm də qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi qollarını çırmalamalıdır.

Buna da bax:​ 'Bu binada yuxarıda biri ayaqyoluna gedəndə...'

Bakı şəhər icra hakimiyyətinin başçısı da sakinlərə bildirib ki, onların mənzil şəraiti ilə bağlı həm də "Qaçqınkom" qarşısında məsələ qaldıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG