Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:58

İlham Əliyev Ayaz Mütəllibova toxunulmazlıq hüququ verib (VİDEO)


Ayaz Mütəllibovun oğlunun yas mərasimi
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00
Direct-ə keçid

Ayaz Mütəllibovun oğlu Azad Mütəllibovun cənazəsi «Təzəpir» məscidinə gətirilib.

Ayaz Mütəllibovun oğlunun «Təzəpir» məscidində keçirilən hüzr mərasimində Rəhim Hüseynov, Mitət Abbasov, İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlu, Nurəddin Məmmədli, Əli Əliyev iştirak edib, Ayaz Mütəllibova başsağlığı veriblər.

Azad Mütəllibov Yasamal qəbiristanlığında Ayaz Mütəllibovun atasının yanında dəfn olunub.

Qırx mərasimi sentyabrın 16-da Mərdəkanda keçiriləcək.

***

Ayaz Mütəllibovun oğlu Azad Mütəllibovun cənazəsi «Təzəpir» məscidinə gətirilib.

Ayaz Mütəllibov və xanımı da oradadır. Onlar hazırda başsağlığı qəbul edirlər.

***

Oğlunun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana qayıdan keçmiş prezident Ayaz Mütəllibova toxunulmazlıq hüququnu prezident İlham Əliyev verib.

Bunu AzadlıqRadiosuna Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə deyib. Bununla əlaqədar A. Mütəllibov 15-20 gün əvvəl prezidentə müraciət edibmiş.

Sabiq prezidentin adından danışan A. Əlizadə dəfndə iştirak üçün yaradılan şəraitə, A. Mütəllibovun oğlunun müalicəsində köməklik etdiyinə görə Heydər Əliyev Fonduna, hökumətə təşəkkür edib.

A. Əlizadə A. Mütəllibovun Azərbaycanda nə qədər qalacağını isə açıqlamayıb.



AYAZ MÜTƏLLİBOV MƏRDƏKANDAKI BAĞ EVİNDƏDİR

Sabiq prezident Ayaz Mütəllibov hazırda Mərdəkandakı bag evinde olduğu bildirilir. Bu məlumatı ASDP həmsədri Araz Əlizadə də təsdiq edib. Müxbirlərmizin Mərdəkandan verdikləri xəbərə görə, eks-prezidentin gətirildiyi bağ evinin qarşısı mülkü geyimli şəxslərin nəzarti altindadır. Ancaq həmin şəxslər Azadlıq Radiosuna kim olduqlarını deməyiblər.

Müxbirlərimizin müşahidələrinə görə, eks-prezidentin hava limanında mindirildiyi maşın da həmin bağ evinin qarşısındadır. Müxbirlərimiz ara-sıra bəzi şəxslərin həmin bağ evindən çıxdıqlarını müşahidə ediblər. Onlar Ayaz Mütəllibova qohum olduqlarını və eks prezidentə baş sağlığı verməyə gəldiklərini bildirsələr də ətraflı danışmaq istəməyiblər...

***


Ayaz Mütəllibov artıq Bakıdadır. Bunu AzadlıqRadiosunun müxbirləri hava limanında müşahidə ediblər.

Eks prezidentin Azərbaycana gəlişini ASDP-nin həmsədri Araz Əlizadə də təsdiq edib. Ancaq o, Ayaz Mütəllibovun aeroportdan çıxıb gedəcəyi yeri açıqlamaqdan imtina edib: «Sabiq prezidenti yalnız avqustun 9-da Təzə Pir məscidində görmək mümkün olacaq».

Araz Əlizadə Ayaz Mütəllibovun Bakıya gəlməsinə imkan yaradığı üçün prezident İlham Əliyevə də minnətdar olduqlarını söylədi.

TƏYYARƏNİN ENMƏSİNƏ AZ QALIB

Ayaz Mütəllibovun gəldiyi təyyarənin Bakıya enməsinə az qalıb. Heydər Əliyev adına hava limanında olan əməkdaşlarımız xəbər verir ki, VİP zalının çıxışında onlarla jurnalist və Mütəllibovun yaxınları toplaşıb. Eyni zamanda polislər və mülki geyimli şəxslər ətrafı nəzarətə götürüblər. Jurnalistlərə VİP zalının çıxışında dayanmağa icazə verilməyib.

Vaxtilə Ayaz Mütəllibovun hüquqlarının müdafiəsi komitəsinin sədri olmuş Şeyx Əbdül AzadlıqRadiousuna bildirib ki, hazırda sabiq prezidentin Bakıya gəlməsini gözləyirlər: «Mənə dedilər ki, 18.30 Moskva-Bakı resyi ilə gəlir və biz də indi aeroporta onu qarşılamağa gedirik».

AYAZ MÜTƏLLİBOVUN OĞLU VƏFAT EDİB

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun böyük oğlu Azad Mütəllibov vəfat edib. Xəbəri təsdiqləyən ASDP həmsədri Araz Əlizadə bildirib ki, 49 yaşlı Azad Mütəllibov avqustun 8-də vəfat edib. Mərhum ağır xəstəlikdən əziyyət çəkirmiş. Onunla vida mərasimi avqustun 9-da Təzə Pir məscidində olacaq.

Ayaz Mütəllibovun ölkəyə qayıdıb dəfn mərasimində iştirak edə biləcəyi ilə bağlı sual isə hələ ki, açıq qalır. Araz Əlizadə bu məsələni şərh etmək istəməyib.

Bir neçə il əvvəl Ayaz Mütəllibov atasının dəfnində də iştirak edə bilməmişdi.

Ayaz Mütəllibovun ölkəyə gəlməsi üçün dövlət rəhbərliyi səviyyəsində ona təhlükəsizlik təminatı verilməsini istəyir.

Ayaz Mütəllibov 1990-1992-ci illərdə Azərbaycana rəhbərlik edib. Ölkənin ilk prezidenti olub. 1992-ci ildən Moskvada mühacirət həyatı yaşayır.

1993-95-ci illərdə Ayaz Mütəllibov barəsində cinayət işi açılıb və barəsində axtarış elan edilib.

AzadlıqRadiosunun müxbirləri aeroportdadırlar, hadisə ilə bağlı xəbərlər saytımızda dəqiqəbədəqiqə yeniləir. Bizi izləyin, həmçinin FBTwitterdə
XS
SM
MD
LG