Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:11

I ixtisas qrupunda minimal keçid balı aşağı salınıb


Arxiv foto
Arxiv foto
III qrup üzrə imtahanlarda 70 faiz abituriyent kəsilib

Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tələb olunan minimal keçid balı 250-dən 200-ə endirilib.

Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

E. Nağızadə deyib ki, xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqədə iştirak etmək üçün tələb olunan şərtlərdə dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək «Abituriyentin elektron ərizəsi»ndə ixtisasları seçib təsdiq etməlidirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG