Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:48

«Qılınc və... kitab»


Kitabla qılıncın döyüşməsi
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid
Söhbət məşhur yazıçının məşhur romanından («Qılınc və Qələm») yox, «Dalğa» Gənclər Hərəkatının son aksiyasından gedir.

«Təhsil qiymətlərinin qaldırılmasında rəsmən kitabla qılıncın mübarizəsi gedir»

Bu fikri AzdlıqRadiosunun «Can Bakı» proqramının: «Kitabla qılınc nədən döyüşdü» –sualına cavabında «Dalğa» Gənclər Hərəkatının üzvü Ağarəhim Poladov səsləndirdi.

AKSİYA 5 DƏQİQƏ ÇƏKDİ

Hərəkatın iki gün öncə Bakının Fəvvarələr meydanında təhsil haqlarının artırılmasına etiraz əlaməti olaraq flaşmob xarakterli aksiya keçirdiyini söyləyən A. Poladov şəhərin mərkəzində toplaşdıqlarını daha sonra kitablarla, qılınclarla «döyüşdüklərini» diqqətə çatdırdı. Teatral formada düşünülmüş aksiya cəmi 5 dəqiqə çəkib: «Təhsil haqlarının qaldırılması qılınc obrazında, təhsilin özü isə tələbənin yeganə müdafiə əşyası olan kitab obrazında verilmişdi. Odur ki, biz obraz olaraq kitabla qılıncın döyüşünü səhnələşdirdik».

AKSİYADA İKİ ŞÜAR VAR İDİ

Ağarəhim aksiyada iki şüar səsləndirdiklərini dedi: «Tələbə neft tankeri deyil»: «Bu, birinci şüarımız idi. Bizim fikrimizcə, pulu daha çox neft tankerindən qazanmaq olar, nəinki tələbədən...(Gülüşmə). İkinci şüarımız - «Cibimizə yox, ağlımıza baxın!» adlanırdı. Aksiya uğurlu keçdi. Məncə, biz mesajımızı çatdıra bildik».

Ağarəhim Poladov
GÖRÜŞ YERİ - FƏVVARƏLƏR MEYDANI?!

«Bakının tən ortasında adı məlum meydanda Sizə polis müdaxiləsi oldumu»—sualını «Dalğa» Hərəkatının digər üzvü Cəmilə İbrahimova belə cavabladı: «Orada polislər yox idi. Olsaydı, sözsüz ki, müdaxilə olardı və biz indi böyük ehtimalla burada olmazdıq».

Bu yerdə Ağarəhim Cəmilə ilə razılaşmadı: «Yox, yenə də, burada olardıq!» (Gülüşmə).

MÜƏLLİM VƏ HƏKİMDƏN İBARƏT AİLƏ 4.500 MANATI NECƏ ÖDƏSİN?

Cəmilə İbrahimova bu təşəbbüsün Nazirlər Kabinetindən gəldiyini dedi: «Ölkə başçısının 26 dekabr 2005-ci il tarixli fərmanı ilə təsdiqlənmiş Tarif Şurasının Əsasnaməsinin 2.1.1 maddəsində göstərilir ki, qiymətlər üzrə tənzimlənməni bu şura həyata keçirə bilər. Amma bu qanun Nazirlər Kabinetinin təşəbbüsüdür. TQDK da deyir ki, bu qanun bizə aid deyil».

Cəmilə İbrahimova bildirir ki, onda belə çıxır ki, rektorlar Nazirlər Kabinetinə müraciət edir və bunun əsasında onlar qiyməti qaldırırlar. «Ancaq İqtisad Universitetinin rektoru bildirib ki, biz heç yerə müraciət etməmişik, Nazirlər Kabineti özü bu qərara gəlib. Onların əlində əsas faktor odur ki, dövlət sifarişli fakültələrdə ödənişli əsasla qəbul daha çox olmalıdır, nəinki özəl universitetlərdə. Bildiyimiz kimi, ən aşağı qiymət 900 manat, ən yuxarı qiymət isə 4.500 manatdır. Təsəvvür edin ki, normal bir ailə- əgər valideynin biri müəllim, o biri həkimdirsə, ümumi qazancları 400 manatı keçmirsə, onlar 4.500 manatı necə ödəyə bilər?».

MÜRACİƏT İMZALANDI

A. Poladov və C. İbrahimova «Dalğa» Gənclər Hərəkatının bundan sonra da təhsil hüquqlarını müdafiə edəcəyini bildirdi və aksiyanın sonunda qərarın dəyişdirilməsi ilə bağlı əlaqədar qurumlara müraciət imzaladıqlarını da diqqətə yetirdi: «Belə orijinal aksiyalarla mövqeyimizi çatdırmağa davam edəcəyik».
XS
SM
MD
LG