Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:40

Ukrayna Gürcüstanın Saakaşvilinin ekstradisiyasını istədiyini təsdiqləyib


Mixeil Saakaşvili
Mixeil Saakaşvili

Ukraynanın hakimiyyət orqanları keçmiş prezident Mixeil Saakaşvilinin ekstradisiyası barədə Gürcüstandan müraciət aldığını təsdiq edib.

Ukrayna ədliyyə nazirinin müavini Serhiy Petuxov sentyabrın 5-də keçirilən mətbuat konfransında deyib ki, Kiyev Mixeil Saakaşvilinin saxlanaraq Gürcüstana ekstradisiya edilməsi barədə Tbilisidən rica alıb.

Gürcüstanın baş prokuroru hələ avqustun 18-də ekstradisiya barədə müraciətin Ukraynaya təqdim olunduğunu bəyan etmişdi.

Petuxov deyib ki, Saakaşviliyə qarşı dörd cinayət ittihamı irəli sürülüb. Bunların arasında mülkiyyətdən və səlahiyyətdən sui-istifadə də var.

Saakaşvili israr edir ki, ona qarşı opponentləri tərəfindən irəli sürülmüş ittihamlar siyasi mahiyyət daşıyır.

Mixeil Saakaşvili 2014-cü ildə rusiyayönlü prezident Viktor Yanukoviçin devrilməsindən sonra islahatlara kömək məqsədilə Ukrayanaya köçmüşdü.

O Odessa qubernatoru vəzifəsindən istefa verdikdən sonra rəsmi Kiyevlə mübahisədədir və prezident Poroşenkonu ölkədəki korrupsiyanı cilovlamamaqda ittiham edir.

Prezident PIoroşenko iyul ayında Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bundan əvvəl Saakaşvili Gürcüstan vətəndaşlığından özü imtina etmişdi. O bildirir ki, Poroşenko bu addımı atmaqla onu Ukraynanın siyasət səhnəsindən uzaqlaşdırmaq məqsədi güdür.

AzadlıqRadiosu bildirir ki, Saakaşvili Odessanın qubernatoru olduğu vaxtlarda Ukrayna hökuməti onun ekstradisiyası barədə Gürcüstanın ricalarını azı iki dəfə rədd etmişdi.

Saakaşvili hazırda Polşadadır və Kiyevə sentyabrın 10-da qayıtmağı vəd edib.

Ukrayna hökuməti bildirib ki, Saakaşvilinin ölkəyə daxil olmasına imkan verilməyəcək və onun pasportu müsadirə olunacaq.

Qərbyönlü Saakaşvili Gürcüstanda Qızılgül inqilabının ardınca 2003-cü ildə prezident seçilmişdi.

Onun prezidentliyi dövründə, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasınsda müharibə olmuşdu. Bu müharibəyə görə opponentləri onu məsuliyyətli hesab edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG