Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:25

NATO gürcü ləhcəsində danışır


NATO Parlament Assambleyasının Tbilisidə keçirilən yaz sessiyası.

Mayın 29-da NATO Parlament Assambleyasının Tbilisidə keçirilən yaz sessiyasının son günü idi. Bu görüş Gürcüstandan ötrü çox vacibdir. Toplantıya Gürcüstanın yüksək vəzifəli şəxsləri də qatılıblar.

Assambleya üzvləri "Gürcüstanın Avroatlantika inteqrasiyasının dəstəklənməsi haqqında" bəyannaməni səs çoxluğuyla qəbul ediblər. Sənəddə NATO üzvlərinə Gürcüstanın inteqrasiyasına şərait yaratmaq yönündə fəaliyyəti gücləndirmək tövsiyə olunub.

Buna da bax:​ Rusiya NATO-nun planlarını pisləyir

Gürcüstan parlamentinin spikeri Irakli Kobakhidze ölkəsinin uğurlarından danışıb:

«Gürcüstan Avropa tipli stabil demokratiyaya çevrilməkdədir. Belə Gürcüstan həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən dostlarımız üçün arzuedilən olacaq».

Spiker çıxışını NATO-nun birinci baş katibinin sözləri ilə yekunlaşdırıb: «NATO bütün azad dünyanı öz çətiri altına alacağı vaxta qədər genişlənməlidir».

Buna da bax:​ NATO anti-İŞİD koalisiyasına qoşulur

TBİLİSİNİN BRÜSSELDƏN GÖZLƏNTİSİ

Baş nazir Giorgi Kvirikashvili isə iştirakçılara dünyada və regionda sülh və təhlükəsizliyi ən çox hədələyən amili xatırladıb:

«Biz qarşımızda duran sınaqları yaxşı dərk edirik. Suveren dövlət olan Gürcüstanın ərazisinin 20%-nin hərbi işğalı milli təhlükəsizliyimizə ciddi təhdiddir. Bundan başqa, Krımın qanunsuz ilhaqı, bunun ardınca Şərqi Ukraynada sabiyliyin pozulması və nüfuz dairələrinin yenidən bölünməsi... vahid, azad və dinc Avropa quruculuğu gedişində əldə edilmiş nəhəng prosesi sınamaq məqsədi daşıyır».

Baş nazirin sözlərinə görə, Qərbin bu sınaqlara yeganə əməli cavabı azadlıq və digər fundamental dəyərlərin qorunmasında daha çox birlik və qətiyyət sərgiləmək, açıq qapılar siyasəti və Avroatlantika məkanına can atan ölkələrin dəstəklənməsi olmalıdır. O əlavə edib ki, Tbilisi Brüsseldən məhz bunu gözləyir:

Buna da bax:​ NATO üzvləri Trump-a göstərmək istəyirlər ki...

«Əminəm ki, Gürcüstan demokratik islahatlara, NATO-ya inteqrasiyaya və ümumi Avroatlantika təhlükəsizliyinə sədaqəti ilə artıq ölkənin alyansa inteqrasiyası sahəsində növbəti addıma şərait yaradıb».

KONKRETLİKDƏN YAYINIRLAR

Gürcüstanın NATO tərəfdaşlarından gözlədiyi üzvlük üzrə fəaliyyət planı, başqa sözlə, MAP (ingiliscə – Membership Action Plan) sənədidir. Ancaq hələlik, tərəfdaşlar məsələni konkretləşdirməkdən yayınırlar. Onlar bunu Parlament Assambleyasının belə məsələləri həll etmək səlahiyyətində olmamasıyla izah edirlər. Ancaq söz verirlər ki, NATO-nun 2008-ci ildə keçirilmiş Buxarest sammitinin qərarı mümkün qədər tez gerçəkləşsin. Bunu assambleyanın prezidenti Paolo Alli bəyan edib:

«Assambleya daim Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalını pisləyir. Rusiya hər gün Gürcüstandan daha çox torpaq qoparmağa cəhd edir. Biz inzibati sərhəd xəttini görmüşük. Rusiya tərəfindən sürünən anneksiyanın həyata keçirilməsi yolverilməzdir. Bununla biz qətiyyətli dəstək göstərmiş, Gürcüstanın NATO üzvlüyünün vacibliyini ifadə etmiş olacağıq».

Buna da bax:​ NATO-nun beynəlxalq koalisiyaya qoşulub-qoşulmaması müzakirə olunacaq

Ancaq bütün bunlara baxmayaraq, iştirakçılar Gürcüstanın alyansa üzvlüyünün vaxtı məsələsini konkretləşdirməyiblər. NATO baş katibinin müavini Rose Gottemoeller dumanlı vədlər verməklə kifayətlənib. Ancaq o, Brüsselin Moskvayla qarşıdurma istəmədiyini də deyib:

«Biz bütün bu məsələlərlə bağlı Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışırıq. Müəyyən kontaktlarımız var. Təbii ki, NATO Rusiya ilə münaqişəyə əsas vermək istəmir. Biz bu ölkəni sülhə cəlb etməyə çalışırıq».

Buna da bax:​ Türkiyə NATO-nun partnyorluq münasibətlərinə əngəl yaradır

MOSKVAYA ÇAĞIRIŞ

Ancaq hələlik, NATO ölkələri parlamentlərinin nümayəndələri Moskvanı çağırıblar ki,

  • Gürcüstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sayğı göstərsin;
  • Gürcüstanın işğal edilmiş ərazilərinin tanınmasını geri götürsün;
  • Öz silahlı qüvvələrini bu ərazidən çəksin;
  • Gürcüstanla bağlı bütün öhdəlikləri yerinə yetirsin, beynəlxalq hüquq normalarına əməl etsin;
  • Gürcüstana münasibətdə istənilən təxribatçı və aqressiv addımlar atmasın;
  • Beynəlxalq müşahidəçilərin Abxaziya və Cənubi Osetiya bölgələrinə gəlməsinə imkan yaratsın.

NATO Parlament Assambleyasının iclası ilk dəfəydi ki, Gürcüstanda keçirilirdi. Gürcüstan bu forumun keçirildiyi beşinci qeyri-üzv ölkədir. Tbilisi bunu müjdə kimi qəbul edib. Belə ki, ondan öncə bu forumun keçirildiyi dörd qeyri-üzv ölkə sonradan alyansın üzvlüyünə qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG