Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:33

Gürcüstanda 'qəhrəman hərbçi'ni dəfn ediblər


Georgia -- Funeral ceremony of Archil Tatunashvili. Mukhatgverdi Cemetery, Georgian soldiers common grave. Tbilisi, 24Mar2018

Gürcüstanda hərbçi Arçil Tatunaşvilinin dəfn mərasimi keçirilib.

Yaylım atəşləri və hərbi orkestrin ifası ilə müşayiət olunan dəfn mərasiminə Gürcüstanın siyasi elitası, o cümlədən keçmiş baş nazir, hakim "Gürcü arzusu" Partiyasının himayədarı milyarder Birzina İvanişvili də qatılıb.

Tatunaşvili Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsində naməlum şəraitdə ölüb.

Onun meyiti bir neçə həftə idi ki, mərkəzi hökumətə verilmirdi.

Tbilisi yaxınlığında qardaşlıq məzarında basdırılan Tatunaşvilini soyuq havaya baxmayaraq son mənzilə yola salmağa yüzlərlə insan gəlib.

Gürcüstanın Daxili İşlər Nazirliyi Tatunaşvilinin öldürüldüyünü bildirib.

Hakim partiya söz verib ki, "günahkarların cəzasına çatması üçün əlindən gələni edəcək".

Buna da bax: Saakaşvili Gürcüstan rəhbərliyini xəyanətdə suçladı

Müxalifət istintaqın mümkün qədər tez yekunlaşmasını tələb edir.

"Avropanın Gürcüstanı" Partiyasının liderlərindən olan David Bakradze deyib ki, "hökumət bütün mümkün rıçaqlardan istifadə etməlidir".

"Vətənpərvərlər Alyansı" isə daha radikal mövqe tutub.

Alyansın dəfn mərasimində iştirak edən rəhbəri İrma İnaşvili bildirib ki, "Gürcüstan İsrail kimi çox qətiyyəli hərəkət etməlidir.

Cinayətkarlar bilməlidirlər ki, harda gizlənmələrinə baxmayaraq cəzalarına çatacaqlar, onları tutub bura gətirəcəyik və cəzalandıracağıq.

Mən şəxsən İsrail metodunun tərəfdarıyam.

Bu mümkündür. Bizim xüsusi xidmət orqanlarımızda peşəkar insanlar, vətənpərvərlər çalışır. Siyasi iradə olsa, onlar günahkarları harda olmasından asılı olmayaraq tapa bilərlər".

Prezident Georgi Marqvelaşvili Tatunaşvilini ölümündən sonra Şərəf ordeni ilə təltif edib.

"Biz işğalçıların əsl sifətini gördük. Onlar insan oğruları və qatillərdir" - deyə prezident bildirib.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG