Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:39

Gürcüstan parlament hakimiyyəti sisteminə keçir


Gürcüstanın millət vəkilləri Konstitusiyaya parlament üsul-idarəsini bərqərar edən düzəlişə səs veriblər. Bu düzəlişdən sonra ölkə prezidenti parlament tərəfindən seçiləcək.

Qanuna düzəlişlər habelə torpağın xaricilər tərəfindən alınmasını leqallaşdırır. Sentyasbrın 26-da edilmiş bu düzəlişin parlmentdən keçməsini hakim Gürcüstan Arzusu partiyasından millət vəkilləri təmin ediblər.

İki müxalifət partiyası – Vahid Milli Hərəkat və Azadlqı Naminə Avropa Gürcüstan hərəkatı partiyalarından olan millət vəkilləri parlamentin sessiyasını tərk ediblər. Parlamentdə üçüncü partiya olan Gürcüstan Vətənpərvərlər Alyansı düzəlişlərin əleyhinə səs verib.

Bu sessiya spiker İrakli Kobaxidzenin parlamentin xüsusi sessiyasını çağırmaq ricasına rəğmən keçirilib. Bu rica sentyabrın 25-də prezident Giorgi Marqvelaşvili tərəfindən rədd edilmişdi.

Spiker İrakli Kobaxidze xüsusi sessiyanın keçirilməsini tələb edirdi
Spiker İrakli Kobaxidze xüsusi sessiyanın keçirilməsini tələb edirdi

Hakim partiyanın opponentləri bildirirdilər ki, düzəlişlərin layihəsi əksər üzvləri Gürcüstan Arzusu partiyasının üzvlərindən ibarət Dövlət Konstitusiya Komissiyası tərəfindən tərtib edilib və bundan məqsəd partiyanın hakimiyyətinin möhkəmləndirilməsidir.

Prezidentliyə aid dəyişikliklər gələn ilin seçkisindən qüvvədə olacaq.

Hazırkı qanunla kənd təsərrüfatı əhəmiyyətli torpaqlar yalnız dövlət qurumlarına və Gürcüstan vətəndaşları olan fərd və fərdlər qrupuna satıla bilər.

Düzəliş, parlament böyük səs çoxluğu ilə istisnaya səs verdikdə torpağın həm də xaricilərə satılmasını mümkün edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG