Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:09

Gürcüstan Rusiyanı etnik təmizləmədə ittiham edir


23 avqust 2008. Rusiya qoşunları Poti şəhərində
23 avqust 2008. Rusiya qoşunları Poti şəhərində

Gürcüstan nümayəndələri Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Rusiyanı 2008-ci il müharibəsi zamanı etnik təmizləmə aparmaqda ittiham ediblər.

Gürcüstanı təmsil edən vəkil Ben Emerson mayın 23-də AİHM-ə deyib ki, Rusiya qüvvələri 10 il bundan əvvəl baş vermiş münaqişədə kəndləri bombalamış, evləri yandırmış və separatçıların Gürcüstan torpağını tutmasını təmin etmişlər.

Rusiyanın məhkəmədəki nümayəndəsi Mikhail Galperin deyib ki, Cənubi Osetitya Gürcüstana 1922-ci ildə İosif Stalinin göstərişi ilə qatılıb və “o zaman heç kəs osetinlərdən gürcü olmaq istəyib-istəmədiklərini soruşmayıb”.

Galperin deyib ki, “onilliklər sonrası Gürcüstan Stalinin bu qərarnı Cənubi Osetiyaya müdaxilə etməklə və vətəndaşları öldürməklə icra etməyə çalışıb”.

2008-ci ildə baş vermiş müharibədən sonra Tbilisi və Moskva arasında diplomatik münasibətlər qırılıb.

O vaxt Tbilisi ondan müstəqillyini elan etmiş ərazidə suverenliyini bərpa etmək məqsədilə Cənubi Osetiyada hərbi əməliyyat keçirmiş, lakin Rusiya qüvvələri dərhal münaqişəyə müdaxilə edərək Gürcüstan ərzisinə soxulmuşdular.

Moskva o vaxt Cənubi Osetiya sakinlərini müdafiə etdiyini bəhanə gətirirdi.

Gürcüstan Rusiyanın müdaxiləsi ilə bağlı AİHM-ə şikayət ərizəsini elə həmin ay təqdim etmişdi.

Gürcüstan iddia edir ki, Rusiya qüvvələri separatçılarla birlikdə Gürcüstan vətəndaşlarına və onların mülkiyyətinə qarşı hücumlar edib.

Rusiya bu ittihamları rədd edir.

Strasburqda mənzillənmiş məhkəmə bildirib ki, bu işə baxılması zamanı 33 şahid dindirilib. Onlardan 16-nı Gürcüstan, 12-ni Rusiya, habelə 6-nı məhkəmənin özü dəvət etmişdi.

Məhkəmə bildirib ki, bu iş üzrə son qərar yaxın vaxtlarda açıqlanacaq.

Rusiya AİHM-in dinləmələrində zaman-zaman iştirak etsə də, onun qərarlarını çox nadir hallarda qəbul edir.

2015-ci ildə Vladimir Putin Konstitusiya Məhkəməsinə, Rusiya konstitusiyasına zidd olduğu hallarda beynəlxalq məhkəmə qərarlarını tanımamaq səlahiyyəti verən qanunu imzalayıb.

Moskva Gürcüstanla müharibədən az sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG