Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:07

Gürcüstan larisi dollara tab gətirmir


Tbilisi, valyutadəyişmə məntəqəsi 22 yanvar 2016
Tbilisi, valyutadəyişmə məntəqəsi 22 yanvar 2016

Ancaq ekspertlər qiymət artımına səbəb görmürlər

Gürcüstanın milli bank rəhbərliyi və hökumət nikbin proqnozlar versə də, lari ucuzlaşmaqdadır. Son günlərdə lari xeylidəyərsizləşir (1 dollar almaqdan ötrü 30-50 tetri daha çox ödəyirsən. 100 tetri 1 lariyə bərabərdir –red.) Əksər ekspertlərin fikrincə, xarici valyita kursunda gözəçarpan dəyişikliklər hökumətin daxili siyasətdəki nöqsanlardan qaynaqlanır. Bir sözlə, ekspertlərin çoxu, qiymət artlmına real səbəb görmür.

Gürcüstan Milli Bankının məlumatına görə, kommersiya banklarının xarici valyutada kreditlərinin həcmi 7 milyard dollara yaxındır. Dolların məzənnəsinin yüksəlməsi gəliri lari ilə, borcu isə dollarla olan şəxslərə ciddi zərər vurur.

Buna da bax: Manatın ucuzlaşmasından kim itirir, kim qazanır?

“Müxalifət proqnozunda ehtiyatlı olsun”

Hər zamankı kimi “Gürcü arzusu” və Milli Bank narahatçılığa əsas görmür. Milli Bankın rəhbəri Koba Qvenetadze-nin fikrincə, ekspertlər və müxalifət kursun qısamüddətli dəyişməsi ilə bağlı proqnozlarında daha ehtiyatlı olmalıdır, çünki “bu, özündə çoxlu riskləri ehtiva edir”.

Hakim partiya da eyni mövqeyi bölüşür. Partiyanın liderlərindən birinin -Gi Volsky-nin sözlərinə görə, məzənnə müxalifətin əsassız bəyanatlarından sonra pisləşir: “Larinin daha da aşağı düşməsinə heç bir əsas yoxdur. Əksinə, düşünürəm ki, milli valyutanın möhkəmlənməsi meyli görünür. Məncə, siyasətçilərin gur səslə dedikləri bəyanatlar daha peşəkar və dərin analizə söykənməlidir”.

Yəqin ki, müxalifət deyərkən, “Milli Hərəkat” partiyası nəzərdə tutulur. Bu günlərdə partiyanın liderlərindən biri - Zurab Ciaberashvili hakimiyyəti büdcə xərclərində qənaətcilliyə çağırıb. O düşünür ki, əks təqdirdə gözlənilməz qiymət artımından qaçmaq mümkün olmayacaq.

Gürcü larisi
Gürcü larisi

“Lari ölkə iqtisadiyyatının dəqiq durumunu göstərir”

İqtisadçılar hesab edirlər ki, lari ölkə iqtisadiyyatının dəqiq vəziyətinin göstərir. Beco Namcavadze-nin fikrincə, lari, mümkündür ki, artıq yeni tarazlığıa çatıb: “Yəqin ki, lari dollara münasibətdə bir də bu qədər dəyərini itirməyəcək, indi 1 dollar 2 lari 49 tetridir. Digər tərəfdən, aşağı kurs ticari balans yaratmağa imkan verir, ixracı yaxşılaşdırır, idxalda mövqeyi möhkəmləndirir. Üstəlik, dollara tələbat azalır. İqtisadiyyatda köklü itkilər olmasa, lari indiki kursda qalacaq, sadəcə, 2-3 tetri qalxıb-enəcək. Ümumilikdə, vəziyyət elədir ki, ölkəyə gələn valyuta gedəndən azdır. Hərçənd, kursun dəyişməsi qiymət indeksinə elə də təsir etməyib, inflyasiya, hələ ki, sıfır səviyyəsindədir”.

Eyni zamanda, ekspertin sözlərinə görə, kommersiya banklarının portfelində problemli kredtlər 2 faizi aşmır, buna görə də maliyyə bazarında qeyri-sabitlik təhlükəsi barədə danışmaq tezdir.

“Qısamüddətli effekt yaradacaq”

Gürcüstan Milli Bankının prezidenti Koba Gvenetadze, 11 iyul 2016
Gürcüstan Milli Bankının prezidenti Koba Gvenetadze, 11 iyul 2016

​Bank məsələləri eksperti Georgi Kepuladze də hesab edir ki, larinin mövqeyi ölkə iqtisadiyyatının güzgüsüdür: “Hakimiyyət bəraət axtarmaq əvəzinə daha çox işləməlidir. Büdcədə defisit yaradan xərcləri dayandırmalıdır, daha çox investisiya cəlb etməyə çalışmalıdır və bu zaman lari stabil olacaq. 2016-cı ilin sonunda situasiya dəyişə bilər, çünki büdcə xərclərində ağırlıq son aylara düşür. Əlbəttə, Milli Bank valyuta müdaxiləsinə gedə bilər, hərçənd, devalvasiyanı yaradan əsas səbəblər aradan qaldırılmasa, bu müdaxilə qısamüddətli effekt yaradacaq”.

Hazırda Milli Bankın rəsmi məzənnəsinə görə, 1 dollar 2 lari 40 tetridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG