Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 11:08

Batumidəki iğtişaşda 20-yə yaxın adam yaralanıb


Gürcüstan, Batumi, 12 mart 2017

Gürcüstanın Batumi şəhərində iğtişaş baş verib, 20-yə yaxın adam yaralanıb. Onların arasında polislər də var.

Etiraz aksiyasına yol hərəkət qaydasını pozan sürücüyə polis cərimə yazarkən onların arasındakı dialoq səbəb olub. Polisin sürücünü nəlayiq sözlərlə təhqir etdiyi iddia olunur. Bu isə vətəndaşlar arasında etiraz doğurub.

Yerli media xəbər verir ki, martın 12-də polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edərək, əksəriyyəti gənc olan etirazçıları dağıdıb.

Regional səhiyyə naziri Zaal Mikeladze deyib ki, müxtəlif bədən xəsarəti almış və göz yaşardıcı qazdan zərər görmüş 11 polis işçisi və 10 etirazçı xəstəxanalara yerləşdirilib.

40-dan çox adam isə dövlət əmlakına ziyan vurmada ittiham olunaraq həbs edilib. Gürcüstanın daxili işlər naziri deyib ki, olaylarla bağlı araşdırma başladılıb.

Rustavi-2 televiziyası etirazçıların polis maşınlarını yandırmasını göstərən kadrlar yayımlayıb.

Etirazçılar yol polisinin rəisi Malxaz Batiaşvilinin istefasını tələb edirlər, iddia edirlər ki, onun vəzifəyə təyinatından sonra yol hərəkətinin pozulması ilə bağlı cərimələrin məbləği artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG