Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:14

Gürcüstan avroskeptiklər üzərində qələbəsini qeyd edir


Gürcüstanda toy-bayramdı
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Gürcüstanda toy-bayramdı

Bu gündən – martın 28-dən Gürcüstan vətəndaşları Avropanın 30 ölkəsinə vizasız gedə biləcəklər. Gürcüstan Xarici İşlər Nazirliyinin dünənki bəyanatında deyilir ki, ölkə vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi ölkənin Avropa Birliyinə (AB) tamhüquqlu üzv olması yolunda növbəti addımdır.

Bu barədə «Exo Kavkaza» saytı yazır. Gürcüstan Təhlükəsizlik və İnkişaf Mərkəzinin tədqiqatçısı Gogita Gvedashvili-nin fikrincə, vizasız rejimin tətbiqi AB ilə yaxınlaşmanın praktik nümunəsidir. O qeyd edir ki, 2013-cü il fevralın 25-də Gürcüstan rəhbərliyinə viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planı təqdim edilib. Gvedashvili bugünkü qələbəni qanunvericilik və institusional sahədə həmin tarixdən bəri aparılan çoxillik islahatların bəhrəsi hesab edir. Onun sözlərinə görə, sözügedən fəaliyyət planı Gürcüstanın vizasız rejimin tətbiqindən ötrü gerçəkləşdirməli olduğu tələblərdən ibarət idi: «Deyə bilərik ki, avroskeptiklər biabır oldular. 2013-cü ildən onlardan eşidirik ki, vətəndaşlarımıza belə bir imkan verilməyəcək. Buna baxmayaraq, vizasız rejim misli görünməmiş qısa müddət ərzində əldə edildi. Əvvəlki rejimdə Avropa Birliyinə səyahət bir sıra bürokratik prosedurlarla müşayiət olunurdu, səfirlik əməkdaşları da tez-tez bundan sui-istifadə edirdilər. Avropaya gözlənilmədən səfər etmək gərəkəndə ciddi çətinliklər ortaya çıxırdı. Bu halda vətəndaşlar Avrozonanı ziyarət icazəsi almaq üçün ən azı 16 prosedurdan keçməli olurdular. İndi isə bundan ötrü əldə biometrik pasport, gediş-dönüş bileti, sığorta, əvvəlcədən tutulmuş yaşayış yeri haqda məlumat və yaşamağa zəruri məbləğ, yəni günə 50 avronun olması kifayətdir».

Tbilisi- 26 mart 2017
Tbilisi- 26 mart 2017

«ƏSL SIÇRAYIŞ OLACAQ»

Avropa təhsil ocaqlarının Məzunları Assosiasiyasının təmsilçisi Veriko Gelashvili deyir ki, AB ilə vizasız rejimin tətbiqi tələbə mübadiləsi proqramlarının aktivləşdirilməsinə də yol açacaq.

«Gənclərimiz Avropa İttifaqının nailiyyətləri ilə əyani tanış ola biləcək. Ancaq onu da bilməliyik ki, vizasız rejim iş və yaşayış hüququ vermir. Onun müddəti yarım il ərzində üç ayla məhdudlaşır. Ancaq seminar, müzakirə və yay məktəblərinin iştirakçıları üçün bu, əsl sıçrayış olacaq. Əvvəllər bəzi hallarda AB ölkələrinin səfirlikləri viza vermirdilər, yaxud da icazəni ləngidirdilər, bununla da səfəri pozmuş olurdular. İndi elementar meyarlara cavab verməklə, istənilən Gürcüstan vətəndaşı Avropadan gələn dəvətdən maneəsiz yararlana biləcək», – o deyir.

Ötən gün Gürcüstan hökuməti ölkənin Avropa Birliyinə inteqrasiyası yönündə növbəti tədbirlər kompleksinə dair detallı planını dərc edib.

Gürcülər kütləvi şəkildə Avropaya axın edəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

İLƏ 100 MİLYON AVROLUQ YARDIM

«Biz Gürcüstanın Avropa Birliyinin tamhüquqlu iştirakçısı olmasına çalışacağıq. Bundan ötrü Avropa ilə yaxınlaşma yolunda AB standartlarının tətbiqinə maksimum praktik səy göstərmək lazımdır», – deyə xarici işlər naziri Mikheil Janelidze-nin müraciətində deyilir.

AB-nin Gürcüstanla münasibətləri tarixində qurumun bu ölkəyə ayırdığı yardımın ümumi həcmi iki milyard avroya bərabərdir. AB ilə Gürcüstan arasında assosiasiya sazişinin imzalandığı andan Gürcüstan hər il 100 milyon avro dəyərində maliyyə və texniki yardım alır.

Bununla yanaşı, Gürcüstanın xarici işlər naziri Mikheil Janelidze ötən gün keçirdiyi brifinqdə Avropa Birliyi ilə vizasız rejimin müddət və qaydalarını kobud pozanlara sərt sanksiyaların qoyulacağı barədə xəbərdarlıq edib. Qaydaları pozanlar deportasiya olunmaqdan başqa, həm də 3 min avro cərimələnəcəklər. Üstəlik, belə şəxslərə yaxın 5 ildə Avropaya daxil olmaq yasaqlanacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG