Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:32

Gurcustan parlamenti prezidentin vetosunu üstələdi


Gürcüstan parlamenti (Arxiv)

Gürcüstan parlamenti özünün növbədənkənar iclasında prezidentin vetosunu üstələrək ölkənin yeni konstitusiyasını təsdiqləyib.

Prezident Georgi Maqvelaşvilinin təklif etdiyi düzəlişlər qəbul olunmayıb.

Səsvermədə iştirakdan imtina edən müxalifət fraksiyaları iclasda "Ayaqlar altına atılmış Konsitusiya" şüarları qaldırıblar.

Prezidentin vetosu 5 saat müzakirə edilib.

Yeni konstitusiyaya hakimiyyətdəki "Gürcü arzusu" partiyasından olan deputatların səs verməsi həlledici olub.

Onlar parlamentə nəzarət üçün lazım olan minimum 114 mandatlıq çoxluğa malikdirlər (117 yer).

Yeni konstitusiya Gürcüstanın parlament respublikasına keçidini nəzərdə tutur və prezidentin səlahiyyətlərini xeyli məhdudlaşdırır. Yeni Konstitusiya prezident seçkilərindən bir il sonra qüvvəyə minəcək.

Bundan əvvəl müxalifət partiyaları bildirmişdilər ki, yeni Konstitusiyaya qarşı kütləvi aksiyalar keçirməyi düşünürlər.

Buna da bax: "Gürcüstan işi" hesabatı açıqlandı

Günün bütün mövzuları

XS
SM
MD
LG