Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:35

Türkmənistanda 40 'gülənçi'yə hökm oxunub


arxiv foto
arxiv foto

Türkmənistanda «gülənçi»lərlə iş birliyində ittiham olunan azı 40 nəfərə hökm oxunub.

Bu barədə AzadlıqRadiosunun Türkmənistan bürosu məhkəmə orqanına istinadən məlumat yayıb. Mənbənin məlumatına görə, məhkəmə 5-7 iyul tarixlərində hökmlər çıxarıb.

Bildirilir ki, azadlıqdan məhrum olunanların böyük əksəriyyəti Türkmənistanda fəaliyyət göstərən Türk liseylərinin keçmiş əməkdaşları və məzunlarıdırlar. Bundan öncə, mayın sonunda 50-dən çox kişinin də eyni ittiham ilə azadlıqdan məhrum olunmaları barədə xəbər yayılmışdı. Bildirilirdi ki, onların məhkəməsi qapalı keçirilib və onlara 20 ilədək həbs cəzası verilib.

«Gülənçi»lər hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i dəstəkləyənlər, onun davamçıları sayılır. Türkiyə hökuməti F.Gülen-i iyulun 15-də ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. F.Gülen bu iddiaları rədd edir.

Türkiyə 15 iyul çevriliş cəhdindən 1 il sonra [Film]
Gözlə

No media source currently available

0:00 0:21:34 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG