Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:16

GUAM-Yaponiya Nazirlər Şurası iclası keçirilib


Kiyev, GUAM-ın toplantısı
Kiyev, GUAM-ın toplantısı

Xarici işlər naziri Elmar Məmmədyarov GUAM-Yaponiya Nazirlər Şurasının iclasında iştirak edib. İclas BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilib.

Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidməti, sentyabrın 22-si məlumat yayıb.

İclasın yekunu olaraq “GUAM-Yaponiya mətbuat açıqlaması” qəbul edilib.

Açıqlamada tərəflər beynəlxalq hüququndövlətlərin suverenliyi, ərazi bütövlüyü vətanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərini bir daha təsdiq ediblər.

Tərəflərtəhlükəsizlik və sabitliyin təmin olunması məqsədi daşıyan GUAM-Yaponiya əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.

Sənəddə ticarət, sərmayə qoyuluşu, enerji, fövqəladə hallar, turizm, nəqliyyat, mədəniyyət, kənd təsərrüfatı və başqa sahələrdə əməkdaşlığın daha da genişləndirilməsindən ötrü yeni layihələrin icrasının vacibliyi qeyd olunub.

E.Məmmədyarov bundan öncə GUAM-ABŞ görüşündə iştirak etmişdi. Görüşün yekunu olaraq, «GUAM-ABŞ Birgə Bəyannaməsi» qəbul edilmişdi. Bəyannamədə GUAM-ın ABŞ-la faydalı və nəticəyönümlü əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilirdi.

Xatırlatma
GUAM 1997-ci ilin oktyabrında yaradılıb. Bu qurumun yaradılmasında Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan iştirak edib. Bir ara Özbəkistan da qurumun üzvü olub.

Bu təşkilata daxil olan ölkələrdənhəm Ukraynanın, həm Gürcüstanın, həm də Azərbaycanın ərazilərinin bir hissəsi işğal edilib.

XS
SM
MD
LG