Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:28

London göydələnində yanğın fəlakətinə üzlük səbəb olub


İyunun 14-də Londonun mərkəzindəki Grenfell göydələni dəqiqələr ərzində yanıb
İyunun 14-də Londonun mərkəzindəki Grenfell göydələni dəqiqələr ərzində yanıb

London polisinin təhqiqatı Grenfell Tower göydələnində 79 sakinin həyatına son qoymuş yanğının soyuducunun buzluğundan başlayıb binanın bayır tərəfinə çəkilmiş örtüyə görə sürətlə yayıldığını aşkar edib.

BBC-nin verdiyi məlumata görə polis bunu da bildirib ki, hadisə üzrə bilməyərəkdən adamöldürmə ittihamı ilə cinayət işinə başlanması müzakirə olunur.

Londonun zəngin Kenzinqton rayonunda yerləşən bu göydələndə çox qısa vaxt ərzində 151 mənzil yanıb.

27 mərtəbəli göydələndə 151 mənzil tamamailə yanıb
27 mərtəbəli göydələndə 151 mənzil tamamailə yanıb

Hökumət Hotpoint şirkətinin istehsal etdiyi soyuducuların da təhqiqatına göstəriş verib.

Polis bildirir ki, yanğın qəsdən törədilməyib, lakin onun yayılma sürəti “gözlənilməz” olub.

Hazırda hakimiyyət orqanları Grenfell Tower göydələnində istifadə edilmiş divar üzlüyüyn geniş təhqiqatını aparır.

Londonda daha 14 binada bu üzlükdən istifadə edildiyi aşkara çıxarılıb.

Üzlüyün ilkin sınaqları onun dərhal alışdığını göstərib.

Sianid qazı

Bundan başqa məlum olub ki, Celotex firmasının üzlükləri yanarkən zəhərli sianid qazı və ya sianid turşusu qazını buraxır.

The Telegraph” yazır ki, sianid qazı sakinlərdən bəzilərini iflic vəziyyətinə salıb hərəkətsiz edə bilərdi, lakin bu məqam hələlik tam araşdırılmayıb.

Bununla belə Londonun King's College Xəstəxanasında müalicə olunan 12 göydələn qurbanında sianid zəhərlənməsi aşkar edilib və onlara hidrogen sianidin antidotu (antizəhər) Cyanokit vurulub.

Üzlük lövhələri istehsal edən şirkət üzlüyün yanarkən sianid qazı buraxdığını təsdiqləyib.

Adamların çoxu yanmadan yox üzlüklərin buraxdığı qazlardan ölüb
Adamların çoxu yanmadan yox üzlüklərin buraxdığı qazlardan ölüb

Lakin Grenfell göydələnində daş divarla üzlük arasında habelə izolə materialından istifadə olunub.

Polisosianurat (polyisocyanurate - PIR) iki aliminium lövhəsi arasına köpük şəklində doldurulub. PİR tezalışan materialdır və məhz buna görə də binaların termoizolyasiyası zamanı onu iki odadavamlı aluminium lövhəsinin arasına tökürlər.

Belə izolədən binanın içərisini soyuq havadan qorumaq üçün istifadə edilir.

Hələlik təhqiqatçıların gəldiyi ilkin qənaət budur ki, divar üzlüyü, izolə materialı və onların arasındakı hava yanğının sürətlə yayılmasında əsas rol oynayıb.

Yanğın baş verərkən Londonda hava çox isti idi və sakinlər mənzillərin pəncərələrini açıq saxlamışdlar. Üzlükdən çıxan qazlar pəncərələrdən mənzillərə dola bilərdi. Bəzi ehtimallara görə binada ölənlərin əksəriyyəti yanmadan yox, məhz zəhərlənmədən həlak olub.

Kimlik məsələsi

Bununla belə araşdırmanın hələ aylarla davam edəcəyi gözlənilir.

Polisi maraqlandıran daha bir məsələ ölənlərin kimliyidir. Bu məsələ indiyədək tam araşdırlmayıb. Grenfell binası sosial təminat fonduna daxil idi və buradakı mənzillər imkansızlara verilmişdi.

Binada yanıb külə dönənlərdən bəzilərinin kimliyi müəyyən edilməyib
Binada yanıb külə dönənlərdən bəzilərinin kimliyi müəyyən edilməyib

Lakin indi aydın olub ki, mənzillərdə çox sayda qeydiyyatsız və ya mühacir hüququ olmayanlar da yaşayıb.

Buna görə də polis bina sakinlərinə və onların qohumlarına onlara məlum olan informasiyanı verməyi xahiş edir.

Polis adamların cinayət məsuliyyətindən qorxaraq informasiya verməyəcəyini bilir və buna görə də bəyan edib ki, “bizi adamların qaçqın statusu yox, kimliyi maraqlandırır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG