Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Kütləvi qətl törədən azərbaycanlıya 'ömürlük' verildi


Foto arxiv
Foto arxiv

Rusiyanın Samara vilayətində keçmiş polis rəisi Andrey Gosht və ailəsini qətlə yetirməkdə ittiham olunan 4 nəfərdən ikisi ömürlük həbsə məhkum edilib.

Bu barədə RİA Novosti xəbər verir.

Mahmadali Ahmadovla Roman Fətəliyev ömürlük, Orxan Zöhrabov 26, İslam Babayevisə 25 il azadlıqdan məhrum ediliblər.

Orxan Zöhrabov,Roman Fətəliyev və İslam Babayev Azərbaycan, Mahmadali Ahmadovsa Tacikistan vətəndaşıdır.

Prokuror fevralın 10-da keçirilən məhkəmə prosesində onlardan ikisinə ömürlük həbs cəzası istəmişdi.

İstintaqın gəldiyi qənaətə görə Samara vilayətinin Şiqonsk rayonunda yaşayan Ahmadovla Fətəliyev mütəşəkkil cinayətkar dəstə yaradıb və Sızrani şəhərindən olan tanışları Babayevlə Zöhrabovu da dəstəyə cəlb ediblər.

Aprelin 24-də onlar Goshtun evini yarmaq mıəqsədilə İvaşevka kəndinə gəlib, hasardan aşaraq evə giriblər.

Qətllərin törədildiyi ev
Qətllərin törədildiyi ev

Sonra isə otaqdan-otaqa keçərək ailənin yatmış üzvlərinə xüsusi taxta dəyənəklərlə zərbələr endiriblər.

Onlar 2 kişi və 4 qadını öldürdükdən sonra çox da dəyərli olmayan bir neçə aşyanı götürərək aradan çıxıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG