Məşhur ABŞ rejissoru, «Yaşayan ölülərin gecəsi» filminin yaradıcısı George Romero 77 yaşında vəfat edib. “The Los Angeles Times” yazır ki, rejissor ağciyər xərçəngindən əziyyət çəkirdi.
Rejissor iyulun 16-da ailəsinin əhatəsind, çox sevdiyi «Sakit insan» filminin nusiqisinin sədaları altında yatarkən vəfat edib.
George Romero 1940-cı ildə Nyu-Yorkda anadan olub. Ən məşhur filmini - «Yaşayan ölülərin gecəsi»ni 1968-ci ildə ərsəyə gətirib. 1978-ci ildəyaşayan ölülər seriyasından ikinci filmini – “Ölülərin sübhü”, 1985-ci ildə üçüncü – “Ölülərin günü” filmini tamaşaçıların ixtiyarına verib. Romero-nu zombilər haqda müasir filmlərin atası hesab edirlər.