Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 18:59

Generalın məhkəmədə nə zəhər içdiyi bilindi


Slobodan Praljak

Keçmiş xorvat generalı Slobodan Pralyakın Haaqa tribunalında içdiyi zəhər güman ki kalium sianid olub. Bu, Niderlandda aparılan ekspertizanın ilkin rəyidir.

İstintaq belə güclü zəhərin məhkəmə zalına necə keçirildiyini hələ aydınlaşdıra bilməyib.

Noyabrın 29-da Haaqada Keçmiş Yuqoslaviya üzrə Tribunalda Pralyakın apellyasiya şikayətinə baxılıb. Müharibə cinayətlərinə görə 20 illik həbs cəzasına məhkum edilmiş generalla bağlı hökm qüvvədə saxlanıb.

Pralyak cinayətkar olmadığını deyərək əlindəki kiçik şüşədəki zəhəri başına çəkib.

Əvvəlcə onun sağ qalması haqda xəbər yayılsa da, sonradan bəlli olub ki, zəhəri içəndən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG