Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50

2018-in büdcəsi 2017-dən nə ilə fərqlənəcək? [video]


2018-ci ilin büdcəsi: Hansı xərclər artır?
Gözlə

No media source currently available

0:00 0:14:38 0:00

2018-ci ilin büdcəsi: Hansı xərclər artır? [A-Live]

2018-ci ilin dövlət büdcəsində gəlirlər builki büdcədən 4 milyard manat artıq hesablanıb. Büdcənin layihəsinə görə gələn ilin büdcəsində əsas xərclər tikinti-infrastruktur sahələrinə yönəldilir.

İqtisadçı Natiq Cəfərlinin fikrincə, gələn ilin büdcəsi göstərir ki, hökumət islahatları deyil, dövlət müdaxiləsi ilə süni iqtisadi canlanma yolunu seçib.

Sentyabrın 21-də baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabineti növbəti ilin büdcə layihəsini müzakirə edib. Layihə təsdiq üçün prezidentə göndərilib, prezidentin də təsdiqindən sonra parlamentin müzakirəsinə verilməlidir.

Buna da bax:​ 2018-ci ilin büdcə layihəsi hazırdır

Millət vəkili Vahid Əhmədov deyir ki, yeni ilin büdcəsi haqqında detallı məlumata malik deyil, sadəcə ümumi şəkildə o bəllidir ki, 2018-ci ilin büdcəsində gəlirlər 20 milyard manat olacaq. Neftin bir barreli isə 45 dollardan hesablanacaq:

Vahid Əhmədov
Vahid Əhmədov

“Büdcənin əsas xərcləri isə investisiya-tikinti layihələri, sosial istiqamətlərdə olacaq. Hardasa 4 milyard manat – büdcənin 35 faizinin investisiyaya ayrılması gözlənilir. Bundan başqa müdafiə xərclərinə, sosial istiqamətlərə - maaş, təqaüd, səhiyyə, təhsilə ayrılacaq".

Vahid Əhmədov düşünür ki, yeni büdcədə neftin barreli 45 dollardan götürülüb deyə, kəsir yaranması ehtimalı azdır.

Buna da bax: Prezident:“ Büdcə daha böyük olmaldır”

Real – Respublikaçı Alternativ Hərəkatının icra katibi, iqtisadçı eksperti Natiq Cəfərli hesab edir ki, gələn ilin büdcəsində maaş, təqaüd artımı elə də gözlənilmir. Büdcə xərclərinin 35 faizinin tikinti-infrastruktur layihələrinə ayrılması onu göstərir ki, hökumət dövlət müdaxiləsi ilə iqtisadi canlanma yaratmaq istəyir:

Natiq Cəfərli
Natiq Cəfərli

“Hökumətin iki yolu vardı. Birincisi daha çətin idi. Bu iqtisadi və siyasi islahatlar aparmaqla, bank sektorunda müəyyən addımlar atmaqla iqtisadi canlanmaya nail olmaq idi. İkinci yol isə dövlət büdcəsindən tikinti-infrastruktur layihələrinə vəsait ayırmaq müəyyən iqtisadi canlanma görüntüsü yaratmaq idi. Çox təəssüflər olsun ki, hökumət islahat yolunu deyil, dövlət müdaxiləsi ilə süni iqtisadi canlanma yolunu seçdi”.

Buna da bax:​ Dövlət büdcəsində yarım milyarda yaxın kəsir...

Bəs, Bakı sakinləri ən çox hansı, ən az hansı sahəyə pul ayırardılar. Bakıda qarşımıza çıxanlardan soruşmuşuq ki, sizdən olsaydı büdcəni necə bölərdiniz?

Sizdən olsaydı, dövlət büdcəsini necə bölərdiniz?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Yada salaq ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard manat idi. Qarşıdakı ilə isə gəlirin 20 milyarda qaldırılması gözlənir.

Buna da bax:​ Xaricdən rüşvət alıb, büdcə pulunu dağıdanlar kimlərdir?

Gələn ilin büdcəsində konkret hansı sahəyə nə qədər vəsait ayrılması haqda büdcə layihəsi parlamentə göndəriləndən sonra məlumat olacaq.

Hələlik büdcədə builkindən artıq nəzərdə tutulan 4 milyard manatın da haradan əldə ediləcəyi bəlli deyil. Çünki yeni ilin büdcə layihəsi hələ tam şəkildə ictimaiyyətə təqdim edilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG