Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:22

Bu il Gədəbəyin iki kəndinə qaz veriləcək


Azərbaycan, Gədəbəy rayonu, 2 yanvar 2016

Bu il Gədəbəy rayonunun Qalakənd və Əlinağılar kəndləri təbii qazla təchiz ediləcək.

Ötən il Dövlət Proqramına uyğun olaraq, rayonun Miskinli, Çanaqçı və Samanlıq kəndləri təbii qazla təchiz edilib. Qaz istehlakçılarının ödəniş faizi il ərzində 90,8 faiz təşkil edib.(Azərtac)

Hazırda Gədəbəydə rayon mərkəzi də daxil olmaqla, 35 kənddə 10 min 639 abonent təbii qazla təmin olunub.

Rayonda qazlaşdırmanın səviyyəsi yaşayış məntəqələri üzrə 33 faiz, ev təsərrüfatlarında isə 54,2 faiz təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG