Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 16:35

Gədəbəydə döyülmə faktı qeydə alınıb. Xəbəri APA yayıb. Xəbərə görə, hadisə rayonun Çobankənd kəndində qeydə alınıb.

Xəbərdə deyilir ki, kənd orta məktəbinin direktoru Sahib Babayev mübahisə zəminində məktəbdə fizika müəllimi işləyən 1960-cı il təvəllüdlü Qəhrəman Əliyevi döyüb.

Müxtəlif bədən xəsarətləri alan müəllim Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Xəsarət alan müəllimin qardaşı bildirib ki, Q. Əliyev uzun ildir çalışdığı üçün məktəb direktorundan onun dərs saatının artırlmasını xahiş edib. Direktor S.Babayev isə onu çölə çıxararaq döyüb.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG